Rusiyada naməlum şəxs ovçulara atəş açıb, biri ölüb
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiyanın Novosibirsk vilayətində naməlum şəxs ovçulara atəş açıb, nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Bizim.Media “Report”a istinadən xəbər verir ki, hadisə avqustun 28-də Moşkovo rayonundakı göllərin birində baş verib.
Hadisə barədə ovçulardan birinin qohumuna zəng etməsindən sonra məlum olub. Kişi onlara atəş açıldığını, bundan sonra avtomobildə gizləndiyini, iki qohumunun isə çöldə qaldığını bildirib.
Hadisə yerinə gələn xilasedicilər bir nəfərin meyitini aşkar ediblər. Ovçulardan biri ağır, digəri isə yüngül xəsarət alıb. Ağır yaralı meşədən təxliyə edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Xilasedicilər bütün gecəni hadisə yerində qalıblar, şənbə günü səhərə yaxın oraya polisin əlavə qüvvələri gəlib.
Hadisənin başvermə səbəbi araşdırılır.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:190
Bu xəbər 29 Avqust 2026 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















