Rusiyada oliqarxlar büdcəyə 5,6 milyard dollar “könüllü” ianə ödəyiblər
Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
Rusiyanın ən varlı iş adamları və oliqarxları bu il ölkə büdcəsinə 5,6 milyard dollardan çox vəsait ödəyiblər.
Yeniavaz.com “Bloomberg”ə istinadən xəbər verir ki, söhbət biznes nümayəndələrindən alınan və rəsmi olaraq “könüllü” ianə kimi təqdim edilən ödənişlərdən gedir.
Bildirilir ki, bu vəsaitlər nəzərə alınmasaydı, Rusiyanın büdcə kəsiri ÜDM-in 3,4 faizinə çata bilərdi. Hazırda Rusiya hökuməti 2026-cı il üzrə büdcə kəsirini ÜDM-in 3,2 faizi, yaxud təxminən 87 milyard dollar səviyyəsində gözləyir. Bu göstərici əvvəl müəyyən edilən hədəfdən təxminən iki dəfə çoxdur.
“Könüllü ianələr” təşəbbüsünün mart ayında Rusiya Prezidenti Vladimir Putinlə oliqarxların qapalı görüşündə müzakirə edildiyi bildirilir. Görüşdə demək olar ki, bütün əsas oliqarxların iştirak etdiyi və biznesin ölkəyə dəstək verməsinin vacibliyinin vurğulandığı qeyd olunur.
Görüş zamanı iş adamlarından birinin 1990-cı illərdə dövlət resurslarından istifadə etməklə böyük sərvətlərin formalaşdığını xatırlatdığı və biznesin büdcəyə dəstək verməli olduğunu bildirdiyi yazılır.
Nəticədə biznesdən “könüllü gəlir” adı altında toplanan vəsaitin metallurgiya və gübrə istehsalı ilə məşğul olan şirkətlərin ödədiyi mənfəət vergisindən daha çox olduğu qeyd edilir.
Bundan başqa, Rusiya hökuməti 2026-cı ildə özəl sektordan müsadirə edilərək dövlət nəzarətinə keçən aktivlərin satışı hesabına büdcəyə əlavə 4,5 milyard dollar cəlb etməyi planlaşdırır.
“Bloomberg”in danışdığı ekspertlər isə bu ödənişlərin nə dərəcədə könüllü olduğu barədə sualların olduğunu bildirirlər. Onların fikrincə, biznes nümayəndələrinə hökumətin müəyyən etdiyi məbləğləri ödəmələri üçün ciddi təzyiq göstərilə bilər.
İtaətsizlik halında isə Kremlin əlində aktivlərin dövlətə keçirilməsi və müsadirə edilməsi kimi mexanizmlərin olduğu vurğulanır. Rusiyada belə addımlar xüsusilə 2022-ci ildən sonra daha geniş tətbiq olunmağa başlayıb.
Bu mövzuda digər xəbərlər:Orduya könüllü toplanış başladı Rusiyada
13 İyul 2026 10:03
Rusiyada 5,6 maqnitudalı zəlzələ oldu
02 Dekabr 2025 15:49
Rusiyada bütün aparıcı universitetlərin tələbələri könüllü şəkildə müharibəyə göndərilir
26 Avqust 2026 07:52
Banklar əhaliyə 1,2 milyard manatdan çox depozit faizi ödəyiblər
30 Yanvar 2026 13:47
Banklar əhaliyə 1 milyard manatdan çox depozit faizi ödəyiblər
28 Noyabr 2025 10:20
Baxış sayı:123
Bu xəbər 06 Oktyabr 2026 09:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















