Icma.az
close
up
RU
Rusiyada qorxunc mənzərə: Sakinlər 1000dən çox quşu çimizdirdilər

Rusiyada qorxunc mənzərə: Sakinlər 1000dən çox quşu çimizdirdilər

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qara dəniz sahili yenidən ekoloji fəlakət təhlükəsi altındadır. Yanvarın 1-dən 2-nə keçən gecə Anapada sahilə növbəti mazut atılması baş verib. Könüllülər zərər çəkmiş quşları xilas etmək üçün böyük səy göstərirlər.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Krasnodar diyarı əməliyyat qərargahı xəbər yayıb.

Bildirilir ki, artıq 1 000-dən çox quş yuyulub, lakin bu işi görmək üçün könüllülərin sayı çox azdır.

O da vurğulanır ki, bu günə kimi Anapa və Temryuk rayonu çimərliklərindən təxminən 73 min ton mazutlu qum daşınıb. Lakin artıq qumun utilizasiya müəssisələrinə daşınması dayandırılıb, çünki onlar emalı çatdırmırlar.

Zərərsizləşdirmə proseduru üçün nəzərdə tutulan anbar meydançaları da mazutlu qumla doludur. Yeni partiyaların daşınması yalnız bu müəssisələrdə yığılan qumun utilizasiyasından sonra mümkün olacaq.

Rusiyada qorxunc mənzərə: Sakinlər 1000-dən çox quşu "çimizdirdilər"

Xatırladaq ki, 2024-cü ilin dekabrın 15-də Kerç boğazında təxminən 8 min ton neft məhsulu daşıyan "Volqaneft-212" və "Volqaneft-239" tankerləri batıb. Hadisə ilə bağlı cinayət işi açılıb, tanker kapitanlarına dəniz nəqliyyatının təhlükəsizlik qaydalarının pozulması ittihamı irəli sürülüb. "Volqaneft-212"nin kapitanı istintaq təcridxanasına göndərilib, "Volqaneft-239"un kapitanı isə ev dustağı edilib.

Məlumata görə, tankerlərdən yanacağın 40%-i axıb, ekspertlər bunu "ekoloji fəlakət" kimi qiymətləndirirlər.

Yeri gəlmişkən, rusiyalı alimlər ekoloji fəlakətdən sonra mazutla çirklənən ərazinin təmizlənməsi üçün xüsusi bakteriyalardan istifadəni təklif ediblər. Artıq ilk nümunələr bu işin aparılacağı laboratoriya kompleksinə çatdırılıb. Yoxlama təxminən bir ay çəkəcək, bundan sonra bakteriyalar Anapa sahilində torpaq və suyun genişmiqyaslı təmizlənməsi üçün istifadə ediləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Yanvar 2025 06:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see305

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see303

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see302

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see297

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see292

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see274

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see274

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see271

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see269

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see253

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see248

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see245

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see234

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see232

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see230

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see220

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see214

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see212

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see204

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri