Rusiyada Şıxlinskinin saxlanmasının pərdəarxası: Deputat sirri açdı Zəngəzur detalı
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barədə cinayət işi açılıb, oğlu saxlanılıb. Bu hadisə ciddi rezonansa səbəb olub. Ekspertlər və müşahidəçilər sözügedən addımın hüquqi, yoxsa siyasi məqsədlərlə atılıb-atılmadığını müzakirə edirlər.
Rusiyanın bu qərarının arxasında nə dayanır?
Globalinfo.az-a danışan Milli Məclisin deputatı Erkin Qədirli deyib ki, Rusiyanın öz vətəndaşlarına qarşı belə addım atması, artıq bu dövlətin mahiyyətini göstərir:
“Baş verənlər etnik və ya kriminal yox, geopolitik məsələdir. Rusiya Azərbaycanla Ermənistanın sülhə doğru getməsini həzm edə bilmir. Eyni zamanda, Kreml Zəngəzur dəhlizinin onlar olmadan açılması ehtimalını da qəbul etmək istəmir. Bizi “yola gətirmək” üçün başqa yolları qalmır”.
Erkin Qədirli
Deputat bildirib ki, Moskvanın Bakıya təzyiq göstərə biləcəyi nəsə yoxdur:
“Ərazimizdə əsgərəri, ölkəmizdə böyük biznesi və ya Rusiyayönümlü müxalifət mövcud deyil. Yəni təzyiq üçün heç bir rıçaq qalmayıb. Ona görə də belə yollara əl atırlar – diaspor vasitəsilə təzyiq göstərmək, Azərbaycanı sanki “öz xeyrini düşünməyə” vadar etməyə çalışırlar. Amma bunlar əbəsdir. Sadəcə orada yaşayan soydaşlarımıza zərər dəyir və çoxu əslində Rusiya vətəndaşlarıdır. Problem məhz Kremldən qaynaqlanır”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 16 İyul 2025 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















