Icma.az
close
up
RU
Rusiyada taun xəstəliyi yayılır?

Rusiyada taun xəstəliyi yayılır?

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Rusiyanın İrkutsk vilayətində Taunla Mübarizə İnstitutunun əməkdaşının ölümündən sonra xəstəxanalarda karantin rejimi elan edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli “Telegram” kanalları məlumat yayıb.

Bildirilib ki, oktyabrın 2-də İrkutsk Taunla Mübarizə İnstitutunun 28 yaşlı laborantı Darya Şipilova vəfat edib. 

Mətbuatda yayılmış qeyri-rəsmi məlumatlara görə, Şipilova iş yerində yoluxduğu ağ ciyər taunundan vəfat edib. İddialara görə, o, sentyabrın 25-də ağciyər taunu törədicisi olan sınaq şüşəsini qırıb. Bundan qısa müddət sonra o, özünü pis hiss edib və ardınca Şelexov rayon xəstəxanasına yerləşdirilib. Orada üç gün qalsa da, həyatını xilas etmək mümkün olmayıb.

İddialara görə, Şipilova ilə təmasda olmuş təxminən 200 nəfər müayinə edilərək karantinə alınıb. Vilayətdə bir neçə klinik xəstəxananın, doğum evinin, həmçinin uşaq klinik xəstəxanasının karantinə bağlandığı, bəzi müəssisələrdə maska taxılmasına göstəriş verildiyi bildirilir.

İrkutsk qubernatoru İqor Kobzev Rusiyanın baş sanitar həkimi Anna Popova ilə görüş keçirdiyini açıqlayıb. O, görüşə səbəb kimi region sakininin “xüsusilə təhlükəli infeksiya”ya yoluxması ilə bağlı şübhəli hal haqqında məlumatı göstərib. Kobzev epidemiya əleyhinə tədbirlərin tam kompleksinin həyata keçirildiyini, xəstə ilə təmasda olmuş şəxslərin tibbi nəzarətə alındığını qeyd edib.

Qonşu Buryatiya Respublikasının rəhbəri Aleksey Tsıdenov da institut əməkdaşının taundan vəfat etdiyini açıqlayıb.

Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsinə Nəzarət üzrə Federal Xidmətindən (“Rospotrebnadzor”) isə xəstənin “mənşəyi məlum olmayan pnevmoniya”dan vəfat etdiyi bildirilib. Yerli hökumət orqanları Şipilovada peşə fəaliyyəti ilə bağlı mikroorqanizmlər aşkar edilmədiyini bəyan ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 Oktyabr 2026 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see235

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see226

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see223

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see219

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see213

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see208

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see206

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see203

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see202

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see198

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see196

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see193

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see193

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see193

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see192

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see192

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see190

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see189

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see186

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri