Rusiyada taun xəstəliyi yayılır? ÜST dən REAKSİYA
Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Rusiyanın İrkutsk vilayətində laboratoriya əməkdaşının xəstələnməsi ilə bağlı taun infeksiyasının yayılmasına dair sübut aşkar etməyib.
Bu barədə "Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, Rusiyanın müvafiq dövlət qurumu laboratoriya əməkdaşının və onunla təmasda olan şəxslərin analiz nəticələrinin təhlükəli patogenlərə görə mənfi olduğunu açıqlayıb.
Həmin şəxslərdə indiyədək hər hansı simptom da qeydə alınmayıb.
ÜST-nin bəyanatında bildirilib ki, təqdim olunan məlumatlar əsasında hadisə ilə əlaqəli davam edən yoluxma hallarının olduğuna dair sübut müəyyən edilməyib.
Xatırladaq ki, oktyabrın əvvəlində İrkutsk vilayətinin Şelehov şəhərində taun əleyhinə institutun əməkdaşının ağciyər taunundan öldüyü barədə məlumatlar yayılmışdı. Lakin Rospotrebnadzor qadında mənşəyi müəyyən edilməyən pnevmoniyanın aşkarlandığını bildirmişdi.
Oktyabrın 8-də vilayətdə pnevmoniya hadisəsindən sonra tətbiq edilən karantin rejimi ləğv olunub. Regional qubernator İqor Kobzevin sözlərinə görə, xəstə təhlükəli infeksiyalara qarşı peyvənd olunmuşdu və müvafiq immunitetə malik idi. İnstitutda patogen mikroorqanizmlərlə iş zamanı hər hansı qəza halı da aşkarlanmayıb.
///globalinfo///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 11 Oktyabr 2026 19:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















