Icma.az
close
up
RU
Rusiyada yaşamağın bədəli ölməkdir

Rusiyada yaşamağın bədəli ölməkdir

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Rusiya hakimiyyəti xarici vətəndaşları Ukrayna ilə müharibədə döyüşməyə cəlb etmək üçün yeni qaydalar tətbiq etməyə başlayıb.

Bundan sonra Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşmüş xarici vətəndaşlar bu ölkədən deportasiya olunmayacaqlar.

“Cebheinfo.az”-ın məlumatına görə, Rusiya Federasiya Şurasının təsdiq etdiyi qərarda belə deyilir.

Sözügedən qərar müqavilə ilə xidmət etmiş və xidmətdə davam edən xarici vətəndaşlara, vətəndaşlığı olmayan şəxslərə aiddir. Eləcə də, Rusiya Silahlı Qüvvələrində və ya digər Rusiya hərbi birləşmələrində döyüş əməliyyatlarında iştirak edənləri rəsmi Moskva ölkə ərazisindən deportasiya etməyəcək. 

Qeyd edək ki, Rusiya indiyə qədər Ukraynaya qarşı müharibədə döyüşməyi qəbul edən əcnəbilərə sadələşdirilmiş qaydada vətəndaşlığın verilməsi qaydalarını tətbiq edirdi. Yəni Ukraynada işğalçı müharibədə iştirak etməyə razılaşan əcnəbilərdən rus dili və ya tarix imtahanlarını verməsi tələb olunmur. 

Eyni zamanda, belə muzdlu döyüşçülər ən azı beş il müddətinə Rusiya ərazisində yaşayışın olması və ya yaşayış icazəsinə malik olması prosedurlarından azadd edilib. Bu baxımdan, hərbi əməliyyatlarda könüllü iştirak edənlərin Rusiyadan deportasiyasının dayandırılması vətəndaşlıq almaq istəyən, daimi yaşayış statusu olmayan və ölkə ərazisində qalmaq üçün sənədləri qanunvericiliyin tələblərinə uyğun gəlməyən əcnəbilərə şamil edilə bilər. 

Rusiya İstintaq Komitəsinin məlumatına görə, döyüş əməliyyatları zonasında indiyə qədər 30 min nəfər vətəndaşlıq alıb. Rusiya Daxili İşlər Nazirliyinin açıqlamasında qeyd edilir ki, 2024-cü ildə 3344-dən artıq əcnəbi Rusiya vətəndaşlığı almaq müqabilində Ukraynadakı hərbi əməliyyatlara qatılıb. 

Lakin asan yolla vətəndaşlıq almaq döyüşlərə gedən əcnəbilərin əksəriyyətinin qısa müddətdə həlak olması və itkin düşməsi halları artır. Ona görə də 2025-ci ildə Rusiya DİN müharibəyə göndərilən müqaviləli əcnəbilərin rəsmi statistikasını gizlədib.  

Daxili İşlər Nazirliyinin məlumatına görə, 2025-ci ildə 152 min 400 nəfər əcnəbi Rusiya vətəndaşlığı alıb. Bu isə  2024-cü illə müqayisədə 27,1 faiz azdır. Nazirlik, həmçinin 31 min 300 nəfərə müvəqqəti yaşayış icazəsi verib ki, bu da 2024-cü illə müqayisədə 29,7 faiz azdır. 

Eyni zamanda, 156200 nəfər əcnəbi yaşayış icazəsi alıb ki, bu göstərici əvvəlki ilə müqayisədə 27,3 faiz azdır. Qeyd edək ki, bu statistikaya vətəndaşlıq və yaşayış icazəsi alan əcnəbilərin ailə üzvləri də daxildir. Onların hamısı Ukraynada müharibəyə getmək şərtini qəbul edənlər deyil. 

2024-cü illə müqaqyisədə vətəndaşlıq və Rusiya ərazisində yaşamaq üçün müraciət edənlərin sayının azalması əcnəbilərin müharibəyə aparılması təhlükəsi ilə bağlıdır. Məlumatlar əcnəbilərin hərbi əməliyyatlara cəlb olunması prosesinin həmişə könüllü olmadığını, bir şçox hallarda məcburi şəkildə və aldadılaraq baş verdiyini göstərir.  

Rusiya hakimiyyət orqanları “xüsusi hərbi əməlliyyat”da ölən və itkin düşən əcnəbilərin sayını açıqlamır. Buna baxmyaraq, ortaya çıxan rəqəmlər həm vətəndaşlıq və ya  daimi yaşayış icazəsi almaq, həm də pul qazanmaq istəyən əcnəbilərin bir çoxunun həlak olduqlarına görə bu imkandan əbədi məhrum olduqlarını göstərir. 

Döyüşlərdə ölənlərin cəsədlərini tapmaq və ailəsinə təhfil bvermək nadir hallarda mümkün olur. İtkin düşənlərin sağ olub-olmadığı barədə dəqiq informasiyalar əldə etmək də çox çətindir.  Beynəlxalq insan haqları təşkilatlarının və Ukrayna dövlət orqanlarının hesablamalarına görə, Rusiya Silahlı Qüvvələri sıralarına cəlb edilərək həlak olan əcnəbilərin ümumi sayı 5000 nəfəri keçib. 

BBC-nin və “Mediazona” müstəqil layihəsinin araşdırmalarında  tammiqyaslı işğalın başlanğıcından bəri döyüşlərdə ən azı 3388 xarici vətəndaşın həlak olduğu qeyd edilir. Həmin siyahılarda öldüyü təsdiqlənmiş Tacikistan, Özbəkistan, Nepal, Hindistan, Keniya vətəndaşlarının adları yer alıb. 2026-cı ilin əvvəlinə olan məlumata görə, müharibəyə cəlb edilmiş əcnəbilərin ən böyük qrupları Özbəkistan, Qazaxıstan, Tacikistan və Qırğızıstan vətəndaşları olub.  

"Xüsusi hərbi əməliyyat"larda iştirak etmək üçün Rusiya Müdafiə Nazirliyi ilə müqavilənin imzalanması Rusiya vətəndaşlığının alınması ehtimalı ilə əlaqələndirilir. Son vaxtlar Rusiya Silahlı Qüvvələrinin tərkibində həlak olan azərbaycanlılar haqqında da xəbərlər artmaqdadır. Onların arasında asan yolla Rusiya vətəndaşlığı və ya daimi yaşayış hüququ almaq istəyənlərlərin sayı çoxdur. 

Ona görə də Rusiya hökuməti əcnəbiləri müharibəyə getməyə həvəsləndirmək üçün onların ailələrini himayə edəcəyinə dair əlavə tədbirlər vəd edir. Prezident Vladimir Putin həlak olan xarici vətəndaşların həyat yoldaşlarına, uşaqlarına (övladlığa götürülmüş uşaqlar da daxil olmaqla) və valideynlərinə Rusiya pasportunun sadələşdirilmiş şəkildə alınması hüququnu verən fərmanlar imzalayıb. 

Rusiya Federasiya Şurasının müharibəyə gedən əcnəbilərin deportasiyaya edilməməsi barədə qərarı da rəsmi Moskvanın döyüşlərdə əcnəbilərdən daha çox istifadə etmək taktikasına üstünlük verdiyinə işarədir. 

Lakin döyüşlərdə vətəndaşlıq üçün müraciət etmiş şəxslərin həlak olması və itkin düşməsi faktlarının artması görünür, əcnəbiləri bu niyyətindən çəkindirir. Ona görə də Moskva əlavə güzəştlər etməklə başqa xalqların nümayəndələrini Rusiyada yaşamağın yolunun müharibədən keçdiyinə inandırmağa çalışır. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Rusiya Ukrayna

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 İyun 2026 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see287

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see268

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see267

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see260

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see254

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see241

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see236

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see233

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see232

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see229

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see227

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see223

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see217

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see214

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see213

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see210

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see206

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see196

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see191

Qaraciyər üçün hansı çay faydalıdır?

16 Sentyabr 2026 22:37see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri