Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Rusiya vətəndaşlığı alan, lakin andiçmə prosedurunu keçməyən əcnəbilər bu il noyabrın 23-dən Rusiya vətəndaşlığı statusundan məhrum ediləcəklər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi xəbərdarlıq yayıb.
Qurumdan bildirilib ki, andiçmə müddəti noyabrın 22-də başa çatır.
"23 noyabr 2024-cü il tarixindən belə şəxslər Rusiya vətəndaşlığını əldə etməmiş hesab olunacaqlar və onların Rusiya vətəndaşlığına qəbul edilməsi barədə qərarlar etibarsız sayılacaq", - deyə məlumatda vurğulanıb.
Qeyd etmək lazımdır ki, Rusiya vətəndaşlığı alarkən andiçmə öhdəliyi 2017-ci il sentyabrın 1-dən tətbiq edilib. Buna görə də yeni qaydalar bu tarixdən əvvəl Rusiya vətəndaşı olanlara və ya vətəndaşlıq alarkən and içməkdən azad edilənlərə aid deyil.
Baxış sayı:97
Bu xəbər 22 Noyabr 2024 19:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















