Icma.az
close
up
RU
Rusiyada yeni miqrasiya qaydaları müəyyənləşdiDEPUTAT

Rusiyada yeni miqrasiya qaydaları müəyyənləşdiDEPUTAT

Sonxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Rusiyada yeni miqrasiya qaydaları müəyyənləşdi"-DEPUTAT

"Rusiya hökuməti miqrasiya sahəsində çox ciddi islahatlar həyata keçirir. Bu islahatlar miqrasiyanın tənzimlənməsi ilə bağlı mövcud qaydaları yenidən nəzərdən keçirilməsi və yenilərinin tətbiq edilməsi ilə bağlıdır. Rusiya hökuməti ərazisində çoxsaylı qanunsuz miqrant yaşayır. Hüquqi statusu bəlli olmayan kifayət qədər əcnəbi mövcuddur. Bu, əcnəbilərin qanunların liberal olmasından sui-istifadə etmələrinin qarşısının alınması üçün müəyyən edilib".

Bunu Sonxeber.az-a açıqlamasında Mİlli Məslisin deputatı Azər Allahverənov bildirib.

O, qeyd edib ki,baş verən terror hadisələrindən sonra hökumət miqrasiya siyasətini ayrı-ayrı seqmentləri üzrə yeni və sərt qaydalar tətbiq etməyə başladı. Bu proses ümumilikdə mart ayından bu yana davam edir. Yanvar ayından isə hökumət yeni qaydalar müəyyənləşdirəcək.
Burada bir neçə komponentlər üzrə məsələlər müşahidə edilir. Onların arasında xüsusilə 2 element gözə çarpır.
Köhnə qaydalarda miqrantlar 180 gün ölkə ərazisində qalmaq hüququna malik idi. Yeni qaydalarda isə bu hal 90 günə endirilib:

"Azərbaycan Respublikasından şəxsi məqsədlə Rusiyaya səfər edən şəxs bir qayda olaraq miqrant kartını doldurmalı, miqrasiya uçotuna düşməli və yalnız 90 gün ərzində Rusiya ərazisində yaşamalıdır. 91-ci gün artıq o, şəxs Rusiya ərazisini tərk etməlidir. Bundan sonra isə bu ölkəyə 1 il sonra qayıda bilər.
Bir şəxsin Rusiya ərazisində qalması üçün müəyyən əsaslar var. Bu əsaslar şəxsin bu ölkə ərazisində işləməsi, ev müqaviləsinin olması, əmək müqaviləsinin mövcudluğu və təhsil almasıdır. Yalnız bu şəkildə müvəqqəti olaraq yaşamaq hüququ əldə edə bilər. Rusiya ərazisində yaşayan miqrantların dövlət üçün potensial faydası olan, onlar ölkə iqtisadiyyatına gəlir gətirən şəxslər olsunlar.
Yanvarın 1-dən etibarən Rusiya ərazisinə daxil olan miqrantlar 7 gün ərzində miqrasiya uçotuna alınmalıdırlar. Əgər 7 gün ərzində qeydiyyata düşmürsə şəxs inzibatı xəta törətmiş sayılır.
Bu da təbii ki, miqrantlara müəyyən narahatlıqlar yaratmış olacaq. Əlavə proseduralardan keçmədə, perspektiv planların tutulmasında çətinliklər yaranacaqdır.
Beynəlxalq münasibətlər sistemində qarşılıq prinsip mövcuddur. Qarşı tərəf hansı qaydaları tətbiq edirsə, digər dövlət də həmin ölkənin vətəndaşlarına o qaydaları tətbiq etmək hüququna malikdir. Məsələn, 2015-ci ilin may ayından etibarən Rusiya vətəndaşı olmaq istəyən şəxs mənsub olduğu ölkənin vətəndaşlığından çıxması haqqında sənəd təqdim etməli idi. Təbii ki, bu qayda Azərbaycan vətəndaşlarına da şamil edildi. Ölkəmizdə də paritet və qarşılılıq prinsiplərindən irəli gələrək buna bənzər qaydalar tətbiq etdik. Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən Rusiya vətəndaşları bu ölkənin vətəndaşlığından çıxmalı oldular.
Rusiyada miqrasiya sahəsində tətbiq ediləcək yeni qaydalar Azərbaycanda da miqrasiya qanunvericiliyinin müvafiq müddəalarının nəzərdən keçirilməsini və bu əsasda mövcud qaydaların yenilənməsini mümkün edir ki, burada da paritet və qarşılılıq məsələləri əldə tutulan əsas prinsiplərdir".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 29 Dekabr 2024 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see325

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see318

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see311

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see283

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see275

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see253

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see245

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see239

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see232

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see227

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see222

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see220

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see214

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see214

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see209

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see207

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see189

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see185

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri