Rusiyada zəlzələ baş verdi
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiyanın Buryatiya Respublikasında zəlzələ baş verib.
Bakıvaxtı.az xəbər verir ki, "RİA"nın məlumatına görə, yeraltı təkanlar oktyabrın 5-də yerli vaxtla saat 06:54-də (Bakı vaxtı ilə saat 05:54-də) qeydə alınıb.
Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Vahid Geofizika Xidmətinin Baykal bölməsinin mütəxəssisləri zəlzələnin maqnitudasını 4,1 olaraq qiymətləndiriblər.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə isə zəlzələnin gücü 4,4 bal olub. Episentr Ust-Barquzin kəndindən 30 kilometr cənub-qərbdə, Ulan-Ude şəhərindən isə 180 kilometr şimalda yerləşib. Ocaq 10 kilometr dərinlikdə qeydə alınıb.
Məlumata görə, zəlzələ nəticəsində xəsarət alan olmayıb və dağıntı qeydə alınmayıb.
Murad İsmayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 05 Oktyabr 2026 09:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















