Icma.az
close
up
RU
Rusiyadakı azərbaycanlılara təhdid varmı? Diaspor sədrindən CAVAB

Rusiyadakı azərbaycanlılara təhdid varmı? Diaspor sədrindən CAVAB

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sosial şəbəkələrdə Rusiyadakı həmvətənlərimizin müxtəlif şəkildə sıxışdırıldığı barədə məlumatlar yayılır. Eləcə də Rusiyanın miqrantlarla bağlı yeni qanunlarının azərbaycanlılara ciddi təsir edəcəyini düşünənlər də az deyil?

Son günlər iki ölkə arasında gərginləşən münasibətlər fonunda Rusiyadakı azərbaycanlılara təhdid varmı?
Miqrantlarla bağlı yeni qanunlar azərbaycanlılara necə təsir edəcək?

Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov Modern.az-a bildirib ki, hazırda azərbaycanlılara qarşı Rusiyada heç bir təhdid yoxdur:
“Telegram kanallarında, sosial şəbəkələrdə azərbaycanlılara qarşı hər hansı sərt addımların atılması ilə bağlı yayılan materiallar həqiqətə uyğun deyil. Mən bunu 100 faiz əminliklə deyirəm. Çünki Moskva Azərbaycanlıları Milli Mədəni Muxtariyyəti öz ətrafında dünya üzrə ən çox sayda azərbaycanlıları birləşdirir. Bizim "qaynar xətt"imizə konsultasiyalar, sənədləşmələrlə bağlı, hansı ki, aprel ayına qədər miqrantlara vaxt verilib, müraciətlər daxil olur. Amma azərbaycanlıların sıxışdırılması, onlara qarşı təhdidlərin yaradılması barədə hər şey yalandır. Biz öz diasporumuzla əlaqədəyik və sıx iş aparırıq. Kütləvi şəkildə klastrlarda, böyük ticarət mərkəzlərində yoxlamalar olsun, yaxud da metrostansiyalarda insanlar saxlanılsın - belə hallar baş vermir, bu barədə yayılan məlumatlar yalandır. Camaat öz işini görür. Hər kəs öz sahəsi üzrə sakitcə çalışır”. 

Bəxtiyar Həsənov miqrantlarla bağlı Rusiyanın yeni addımlarının azərbaycanlılara heç bir təsir göstərməyəcəyini söyləyib:
“Heç bir sərtləşdirmə yoxdur. Hər dövlət öz qanunvericiliyini təkmilləşdirdiyi kimi, Rusiya dövləti də miqrasiya qanunlarını vaxtaşırı olaraq mükəmməlləşdirir. Burada ciddi nəsə yoxdur. Çünki ölkədə çox sayda qanunsuz miqrantlar var. Bu şəxslər sənədlərini qeydiyyatdan keçirməyiblər. Onlara aministiya verilib ki, tam azad şəkildə öz sənədlərini bərpa edib qanuna uyğun olaraq yaşasınlar. Düşünürəm ki, bu da maliyyə məsələləri ilə bağlıdır. Miqrantların hamısı patentlərinə görə ödəmələrini edib sakitcə işlərini görsünlər, ümumi qaydalardan yayınmasınlar. Bunun azərbaycanlılara heç bir mənfi təsiri yoxdur. Yüzlərlə insanla ünsiyyətdə oluruq. Hər biri qanuni şəkildə sənədlərini qeydiyyatdan keçirir və əmək fəaliyyətlərini davam etdirir. Yəni qanuna tabe olan vətəndaşlar həmişə sənədlərini qaydaya salırlar. O ki qaldı sənədləşmədən yayılanlara, onlar çox az saydadırlar. Mənə xəstə insanlarımızdan və sair problemləri olan həmyerlilərimizdən müraciətlər olur və biz onlar haqda müxtəlif qurumlara xahişlər edirik. Mən özüm bu yaxınlarda Azərbaycanın Rusiyadakı yenii səfiri Rəhman müəllimlə görüşdüm. Oradan çıxanda da gördüm ki, konsulluğun qarşısında çoxlu həmvətənlərimiz yığılıb. Bu onu göstərir ki, bizim vətəndaşlarımız öz sənədlərini səliqə-səhmana salmağa başlayıblar. Çoxları var ki, etibarlılıq müddəti başa çatmış pasportla buradadırlar. Onlar üçün şərait var ki, Azərbaycan səfirliyində pasportlarını yeniləsinlər. Səfirlik qarşısında buna görə də ajiotaj var”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Fevral 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri