Icma.az
close
up
RU
Rusiyadakı soydaşlarımıza XƏBƏRDARLIQ “Bunu etməsələr, sərt məhdudiyyətlər olacaq”

Rusiyadakı soydaşlarımıza XƏBƏRDARLIQ “Bunu etməsələr, sərt məhdudiyyətlər olacaq”

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, Rusiyada miqrantların izlənməsi ilə bağlı yeni qanun qüvvəyə minib.
Qanuna əsasən, Moskva vilayətində “Amina” adlı mobil tətbiq istifadəyə verilib. Artıq Rusiyaya vizasız daxil olan bütün miqrantlar bu tətbiqi yükləməli, ünvanlarını qeyd etməli və geolokasiyanı aktivləşdirməlidirlər. Tətbiq bütün yerləşmə məlumatlarını DİN-ə ötürəcək. Əgər şəxs üç gün ərzində “yoxa çıxarsa”, onun bank hesabları, SIM-kartı bloklanacaq və deportasiya edilməsi mümkün olacaq.
Görəsən, bu fonda Rusiyadakı soydaşlarımızı nələr gözləyir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov öncə qeyd edir ki, bir çoxları “Amina” adlı mobil tətbiqin istifadə edilməsini müəyyən mənada insan hüquqlarının pozulması kimi dəyərləndirir:
“Amma istənilən halda bu, qanunvericiliyin miqrantlar üzərində nəzarətin tətbiq olunması üçün istifadə edilən bir tələb, şərtdir. Miqrantların hərəkətinə nəzarət etmək, qanunsuz miqrasiya ilə mübarizə aparmaq üçün Rusiya hökuməti son zamanlar kifayət qədər çoxsaylı yeni qaydalar tətbiq edir, hətta müəyyən məhdudiyyətlər də var. Tətbiq olunan bəzi qaydaları hətta  sərtləşdirilmə kimi də dəyərləndirmək olar. “Amina” adlı mobil tətbiqini də bura aid etmək olar”.
Deputat deyir ki, sözügedən addım miqrant axınının istiqamətlərini müəyyən etməyə və ondan irəli gələrək, miqrasiya mənzərəsinin tam şəkildə yaradılmasına xidmət edəcək:
“Rusiya hökuməti öz fikrində qətidir. Ən azından Moskva və Moskva vilayətinə daxil olan və müəyyən müddət burada yaşayan miqrantlar barədə informasiya daim toplanılaraq təhlil ediləcək”.
“Bu qanun gələcəkdə Rusiyanın digər vilayətlərində də tətbiq ediləcək”.
Həmsöhbətimiz qeyd edir ki, Moskva üçün tətbiq edilən həmin layihə pilot layihədir:
“Belə görünür, növbəti mərhələdə layihəni bütün ölkə üzrə tətbiq edəcəklər. Nəticə etibarı ilə Rusiya səviyyəsində miqrant axınları barədə müfəssəl məlumatların toplanması məhz “Amina” adlı mobil tətbiqindən istifadə sayəsində baş verəcək. Böyük ehtimalla gələcəkdə belə də olacaq”.
 

Sözügedən addımın tətbiqilə Rusiyada işləyən soydaşlarımızı nələrin gözlədiyinə gəldikdə, A. Allahverənov bildirir ki, onlar bu ölkədə uzun müddət yaşamaq niyyətindədirsə, istənilən halda müəyyən olunmuş qaydalara uyğun davranmalıdırlar:


“Prosedurlar nəyi tələb edirsə, ona uyğun olaraq da hərəkət etməlidirlər. Mobil tətbiqin istifadəsilə bağlı göstərilən şərt qrupuna düşənlər mütləq özlərinin müəyyən hərəkət istiqamətləri barədə məlumatların aydiyyatı üzrə toplanmasına maneə törətməməlidirlər. Əks halda onlara qarşı sərt məhdudiyyətlər tətbiq ediləcək.
Miqrantlar istənilən halda qanunun tələbinə uyğun olaraq fəaliyyətini hüquqi cəhətdən təşkil etməlidir. Belə olarsa, soydaşlarımız ölkə ərazisində rahat şəkildə uzun müddət qalmaq imkanı əldə edəcəklər.
Rüfət Sultan, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 Sentyabr 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri