Icma.az
close
up
RU
Rusiyadan Azərbaycana gəldi, küçədə bacısı qızının başını kəsdi Masazırdakı dəhşətli cinayətin TƏFƏRRÜATI

Rusiyadan Azərbaycana gəldi, küçədə bacısı qızının başını kəsdi Masazırdakı dəhşətli cinayətin TƏFƏRRÜATI

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Rusiyadan Azərbaycana qayıdan kişi bacısı qızının başını kəsib.
Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, hadisə Abşeron rayonunun Masazır kəndində baş verib.
 

1967-ci il təvəllüdlü Şakir Rzayev uzun müddət Rusiyada yaşayıb. 2015-ci ildə onun bacısı qızı Türkan Abdurəhmanova Rəşad adlı şəxslə ailə qurub, Rusiyaya köçüb. 6 aydan sonra Türkanın sənədləşmə işlərində problem yarandığı üçün o, yenidən Azərbaycana qayıdıb. Sonradan onun həyat yoldaşı da Azərbaycana gəlir, bir müddət Azərbaycanda qalandan sonra ailəsi ilə birlikdə yenidən Rusiyaya qayıdırlar.


2023-cü ildə anasının təkidi ilə Türkan yenidən Azərbaycana qayıdır və Masazır bələdiyyəsində işə düzəlir.
O, həmin vaxtdan sonra həyat yoldaşından ayrı, Masazırda yaşamağa başlayır.
Türkan Masazır kəndində ipoteka ilə mənzil götürmək üçün həyat yoldaşına müraciət edir. Həyat yoldaşı ilkin ödəniş üçün ona 15 min manat göndərir. Türkan ev alır və iki azyaşlı övladı ilə həmin evdə yaşayır. Evin aylıq ödənişini isə həyat yoldaşı Rusiyadan göndərir.
Bir gün Şakir Rusiyada eşidir ki, bacısı qızı Türkan Azərbaycanda əxlaqsızlıq edir. O, bu barədə Türkanın həyat yoldaşına məlumat verir. Daha sonra o, qısa müddətə Azərbaycana gəlir və Türkanın anası ilə bu barədə danışır. O, bacısına bildirir ki, Türkan ipoteka ilə aldığı evdə yad kişilərlə görüşür və ona görə də Rusiyaya qayıtmaq istəmir. Şakirin bacısı onun dediklərinə məhəl qoymur.
Şakir Masazıra gələrək Türkanla görüşür və onun barəsində söz-söhbət yayıldığını deyir.
Türkan isə əsəbi halda dayısına "Sən kimsən ki, mənim ailə məsələmə qarışasan?" deyib ondan uzaqlaşır.
Səhəri gün yenidən Türkanın yaşadığı binanın həyətinə gələn Şakir Türkanın işdən çıxmasını gözləyir. Türkan saat 14 radələrində işdən evlərinə nahara gələrkən binanın qarşısında dayısı Şakirlə rastlaşır və onu evlərinə dəvət edir. Şakir isə ona yenidən barəsində söz-söhbət yayıldığını deyir. Türkan yenidən Şakirə qışqıraraq onun həyatına müdaxilə etmək ixtiyarı olmadığını bildirir. Şakir üzərində gəzdirdiyi bıçağı çıxararaq, ona sifətindən xəsarət yetirəcəyini deyir. Bu vaxt Türkan onun üstünə atılaraq dayısını təhqir edir. Şakir bıçaqla ona xəsrət yetirir. Daha sonra o, binanın giriş blokunda Türkanı yerə yıxaraq, onun boğazını kəsir. Bununla ürəyi soyumayan Şakir bacısı qızına bıçaqla 4 zərbə endirib qətlə yetirir.
 

Türkanın tam öldüyünə əmin olan Şakir həmin vaxt blokda olan qonşuya yaxınlaşaraq, polisə zəng etməsini xahiş edir. Hadisə yerinə polis əməkdaşları gəlir və Şakir onlara təslim olur.


Faktla bağlı cinayət işi başlanır, iş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilir.
Məhkəmənin hökmü ilə 1967-ci il təvəllüdlü Şakir Rzayev 10 il müddətinə azadlıqdan məhrum edilir.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 Oktyabr 2025 08:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see131

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see129

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri