Rusiyadan Azərbaycana iki təhlükəli “qonaq” gəlir Adları..
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
“İzvestiya” xəbər verir ki, Rusiyada böyrək sindromlu hemorragik qızdırma (HFRS, yaxud siçan qızdırması) epidemiyası qeydə alınıb. Epidemiya ölkənin səkkiz federal dairəsində, həmçinin 54 ayrı-ayrı regionda qeydə alınıb. Xəstələnənlərin 86 faizi şəhərlərdə yaşayanlardır.
Turkustan.az Musavat.com-a istinadən xəbər verir ki, “Rospotrebnadzor”un epidemioloji nəzarət şöbəsinin rəhbəri Anastasiya Sidorova təsdiq edib ki, ölkənin rayon( kənd) sakinlərinin xəstələnmə ehtimalı şəhər sakinlərinə nisbətən daha azdır. “Rospotrebnadzor” rəsmisi onu da qeyd edib ki, siçan qızdırması hallarının artması adətən payızda baş verib. Yoluxmanın ən çox hava-damcı yolu ilə yayılır.
Rusiyada geniş yayılmış "Honq Konq qripi" (H3N2) də kifayət qədər təhlükəli virusdur. Son monitorinq məlumatlarına görə, ölkənin iri 17 rayonunda epidemiya vəziyyəti elan olunub.
Virus digər ştammlardan fərqli olaraq, H3N2 daha qısa inkubasiya dövrü və aqressiv başlanğıc ilə xarakterizə olunur. Əvvəlki illərdə yoluxmaların pik həddi qışın ortalarına təsadüf etdiyi halda, bu mövsümdə ekspertlər virus aktivliyinin qeyri-adi erkən başlanğıcını qeyd edirlər.
Bu ştamm ilə infeksiyanın klinik mənzərəsi sürətlə inkişaf edir: bədən istiliyi bir neçə saat ərzində kritik səviyyələrə (39-40 ° C) yüksəlir, sonra şiddətli zəiflik, baş ağrıları və oynaq ağrıları müşahidə olunur. Epidemioloqlar vurğulayırlar ki, bu mövsüm ənənəvi olaraq infeksiyanın əsas daşıyıcıları təkcə böyüklər deyil, həm də uşaqlardır.
Nazirlər Kabinetinin qərarına görə, Azərbaycanın quru sərhədləri 2026-cı ilin aprelinə kimi bağlı qalacaq. Bununla quru sərhədlərin bağlı olması 6 ilə çatacaq. Yeni il ərəfəsi Rusiyadan Azərbaycana, eləcə də bu ölkəyə gedənlərin sayında artım gözləniləndir. Bayram tətili Azərbaycanda qısa(cəmi 5 gün) olsa da, Rusiyada bu müddət çoxdur. Ona görə bu qarşılıqlı səfərlər Rusiyadan ölkəmizə virusların “qonaq” gəlməsi realdır.
Yada salaq ki, xüsusən da COVID-19 pandemiyası dövründə (2020-ci il) ciddi narahatlıq yaratmışdı. Rusiyadan gələn(Azərbaycandan gedən) vətəndaşlardan virus aşkarlanması faktları aşkarlandı. Ümumilikdə, ölkə daxilində qlobal epidemiya təhlükəsi olduğu zaman Rusiyadan gələnlərlə bağlı ciddi tədbirlərin görülməsini vacib edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 26 Dekabr 2025 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















