Icma.az
close
up
RU
Rusiyadan qopmağa çalışan Paşinyan həm Fransa, həm ABŞ tərəfindən bir alət kimi istifadə olundu

Rusiyadan qopmağa çalışan Paşinyan həm Fransa, həm ABŞ tərəfindən bir alət kimi istifadə olundu

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“İranla münasibətlər həmişə yaxşı olub və indi də verilən məlumatlara görə, Ermənistanla İran arasında hərtərəfli strateji müttəfiqlik haqqında sənəd hazırlanır. Yəni İran Ermənistanda, Cənubi Qafqazda öz nüfuzunu gücləndirmək üçün bu işləri görür. Sonra da təsirini həm Gürcüstana, həm də Azərbaycana etmək istəyir”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Elşad Həsənov danışıb. Politoloq bildirib ki, Ermənistan keçən il “Zvartnos” hava limanından rus sərhədçilərini çıxarmağa nail oldu, sonra da İran və Türkiyə sərhəd buraxılış məntəqələrindəki Rusiya hərbçilərini çıxardılar.

Elşad Həsənov

“Ermənistanın məqsədi, məramı odur ki, bütövlükdə rus hərbçilərini ölkədən çıxarsınlar. Hətta Gümrüdəki 102-ci hərbi bazanı da çıxarmaq haqqında planlar qurmuşdular. Ancaq Trampın hakimiyyətə gəlməsi bunların planlarını gözündə qoydu. Yəni bunlar artıq o məsələyə daha əl ata bilmirlər və Avropa İttifaqına üzv olmaq istəyirlər. Ancaq onlar hiss edirlər ki, bu cəhdlər də yersizdir. Çünki Avropa İttifaqına onlar üzv olsalar, Avrasiya İqtisadi İttifaqının üzvlüyündən çıxacaqlar. Bu haqda Rusiyanın baş nazirinin müavini Overçuk rəsmi olaraq, Ermənistana bildirib. Görünən odur ki, Ermənistan Rusiyanın təsir dairəsində qalacaq, yenidən Rusiyaya sığınmağa məcbur olacaq. Bunun üçün də təbii ki, Rusiya Ermənistanla müharibə edəsi deyil. Rusiya yönümlü siyasətçini hakimiyyətə gətirəcəklər və bununla da Paşinyan və onun komandasının, necə deyərlər, "təpik vurub" yola salacaqlar. Çünki başqa cür yolu yoxdur.

Paşinyan yenidən Rusiya ilə münasibətlərdə dostluq, qardaşlıq münasibətindən danışa bilməz. Çünki neçə ildir ki, artıq Rusiyadan qopmağa çalışan Paşinyan həm Fransa, həm ABŞ tərəfindən bir alət kimi istifadə olundu. İndi  “yox, sən bizə lazım deyilsən, sən elə Rusiyanın olmalısan” deyərək həmin aləti kənara atırlar”-deyə politoloq bildirib.

“Rusiya Ermənistanı özünü post dövləti kimi saxlayacaq, gücləndirəcək və orada Rusiyaya meylli qüvvələr hakimiyyətə gətirəcək, həmçinin gələcəkdə də Azərbaycanla Ermənistan arasında daima çəkişmə yaratmaq üçün müxtəlif üsullardan istifadə ediləcək. Bu səbəbdən də, Cənubi Qafqazda Rusiyanın güclənməsi təbii ki, Ermənistana da, Azərbaycana və Gürcüstana da fayda gətirməyəcək”-deyə

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Mart 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see523

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see245

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see238

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see226

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see223

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see221

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see220

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see210

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see205

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see201

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see198

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see197

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see190

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see171

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see168

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see166

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see162

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see154

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri