Icma.az
close
up
RU
Rusiyadan Ukrayna ilə bağlı üç ssenari: yaxşı, pis və...

Rusiyadan Ukrayna ilə bağlı üç ssenari: yaxşı, pis və...

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Rusiyada gələcəkdə yaxşı ssenari kimi nüvə müharibəsi və Ukraynanın ən azı cənub-şərq hissəsinin işğalı elan olunub.

Axar.az xəbər verir ki, bu barədə “Agentstvo” nəşri Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun iştirakçılarının çıxışına istinadən yazıb.

Bildirilib ki, forumda Rusiyanın gələcəyi ilə bağlı məruzəni biznesmen Konstantin Malofeyev təqdim edib. O, 2014-cü ilin yazında Donbasa daxil olan “Qirkin qrupu”nun əsas sponsorlarından biri hesab olunur. Məruzənin həmmüəllifi isə ultra-sağçı ictimai xadim Aleksandr Duqin olub. Duqin həmçinin “rus dünyası” konsepsiyasının əsas ideoloqlarından biri kimi tanınır.

Nəşr qeyd edib ki, məruzədə Rusiyanın gələcəyi üçün üç ssenari təqdim olunub. Malofeyevin sözlərinə görə, “pis” ssenaridə Rusiya Ukrayna ilə müharibədə məğlub olur və 2050-ci ilə qədər “Rusiyanın kolonizasiyası” baş verir.

İkinci ssenari “inersiya” ssenarisidir — yəni “hər şey olduğu kimi davam edir”. Bu halda isə ABŞ və Çinin hegemonluğu gözlənilir.

Üçüncü ssenari isə “yaxşı” ssenari adlandırılır. Burada “ideoloji müharibədə qələbənin aydın obrazı” nəzərdə tutulur. Bu qələbəyə gedən yolda nüvə silahından istifadədən və Rusiyanın Krımı, Odessanı, Xarkovu və sair əraziləri işğal etməsindən bəhs olunur. Həmin ssenaridə eyni zamanda Avropa Birliyinin dağılması da baş verir.

Malofeyevin sözlərinə görə, Rusiyaya qarşı təhdidlərə cavab vermək üçün dövlət idarəçiliyində kompleks tədbirlər lazımdır. Onun fikrincə, burada birinci yerdə “ideologiya/devesternizasiya”, ikinci yerdə “elitanın milliləşdirilməsi”, üçüncü yerdə isə “avtokratiya” dayanır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://axar.az
archiveBu xəbər 04 İyun 2026 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see534

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see277

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see277

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see267

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see258

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see249

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see241

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see232

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see226

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see224

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see219

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see216

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see210

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see208

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see198

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see196

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see189

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see186

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see183

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri