Rusiyalı kinoşünas azərbaycanlı rejissor haqqında kitab yazdı VİDEO
Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tanınmış Güney Azərbaycanlı kinorejissor Cəfər Pənahi bu il İranda yenidən məhkum edilib – Tehran məhkəməsi onu “sistemə qarşı təbliğat fəaliyyəti” ittihamı ilə bir il həbs cəzasına və iki il ölkədən kənara çıxma qadağasına məhkum edib. Pənahi hazırda ölkə ərazisində deyil və qərarı apellyasiya edəcəklərini bildiriblər.
Bakupost.az xəbər verir ki, rus kinoşünası Anton Dolinin azərbaycanlı rejissor haqqında daha bir kitab yazıb. “Cəfər Pənahi. Azad kino, azad olmayan İran” adlı kitab yeni buraxılışda nəşr olunub. Bu kitabda 2024 dən sonrakı dövr, o cümlədən Pənahinin ölkədən çıxarılması və ardıcıl beynəlxalq uğurları əks olunub. İlk nəşr Rusiyada müəllifin xarici agent statusu səbəbindən məhdudlaşdırılsa da, son nüsxəsinə qədər şəkildə satılıb.
Kinoşünas kitabda Pənahi ilə İrəvandakı “Qızıl Albalı” film festivalında Anton Dolinin moderatorluğu ilə keçirilmiş ilə söhbətindən də bəhs edib. Müsahibədə rejissor öz yaradıcılığı, azad kino ideyaları və məhdudiyyətlər altında işləmək təcrübəsindən danışıb.
Kitab və müsahibə, həmçinin Pənahinin sərt reallıqlara baxmayaraq yaratdığı filmlər vasitəsilə azad ifadə və sənət uğrunda mübarizəsini ortaya qoyur.
Pənahi bu ilin Kann Film Festivalının ən yüksək mükafatı – “Qızıl Palma”nı (“Palme d’Or”) qazanıb. Onun “Sadə təsadüf” filmi festivalın əsas müsabiqəsində qalib olub və beynəlxalq tənqidçilər tərəfindən yüksək qiymətləndirilib. Filmin süjeti keçmiş siyasi məhbuslardan bəhs edir və rejissorun öz həyatı və təcrübəsi ilə güclü şəkildə bağlıdır.
Pənahi bu film ilə ABŞ da keçirilən “Gotham” mükafatlarında üç – ən yaxşı rejissor, ən yaxşı orijinal ssenari və ən yaxşı beynəlxalq film nominasiyasında da qalib olub. “Sadə təsadüf” bu nailiyyətləri ilə “Oskar” almaq üçün çox güclü namizəd sayılır.
Bu böyük uğurlar və eyni zamanda İran hakimiyyətinin sərt cavabı rejissorun vəziyyətini paradoksal müstəviyə qoyur: dövlət onu cəzalandırarkən dünya onu kino sənətinin zirvəsinə qaldırır. Pənahi daha əvvəl də tez tez həbs olunub, filmləri qadağan edilib və sınaqlardan keçməsinə baxmayaraq yaradıcılığını davam etdirib.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Rusiyalı rejissor vəfat etdi
16 Yanvar 2025 16:45
Rusiyalı məşhur rejissor müəmmalı şəkildə öldü
10 Avqust 2025 20:21
Rusiyalı rejissor Aleksandr Mitta vəfat edib
14 İyul 2025 11:14
Azərbaycanlı müğənnilərdən rusiyalı teleaparıcıya maraqlı hədiyyə VİDEO
17 Fevral 2025 10:15
Rusiyalı rejissor: “Azərbaycanın Qorbaçovla bağlı təşəbbüsünü dəstəkləyirəm”
21 Yanvar 2025 10:05
Baxış sayı:62
Bu xəbər 20 Dekabr 2025 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















