Rusiyalı turistlərə bu ölkəyə giriş qadağan edildi
Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyalı turoperatorlar rus turistlərin ölkəyə buraxılmaması ilə bağlı Meksika hakimiyyətinə müraciət ediblər.
Publika.az RBC-yə istinadən xəbər verir ki, Meksika səfirinə kollektiv müraciəti 14 turoperator imzalayıb.
Turizm şirkətlərinin məlumatına görə, Rusiya Federasiyasından gələn turistlərin ölkəyə girişinə icazə verilməməsi hallarının sayı ümumi turist axınının 10%-nə çatıb.
Bildirilir ki, turistlərin bütün lazımi sənədləri - mehmanxana rezervasiyası, gediş-dönüş biletləri, təsdiqlənmiş tur ödənişləri olsa belə, ölkəyə girişinə icazə verilmir.
Nümayəndələr onu da qeyd ediblər ki, bu problem 6 ay əvvəl yaranmağa başlayıb və hazırda turistlər arasında bu istiqamətə tələbat azalıb. Mütəxəssislər qeyd edirlər ki, turistlər öz tətillərini və pullarını riskə atmaq istəmirlər, çünki sərhəd xidməti ölkəyə girişdən imtina edərsə, turoperator məsuliyyət daşımır.
Adəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 02 Dekabr 2024 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















