Icma.az
close
up
RU
Rusiyanın antitürk siyasəti yalnız ona zərər verər RƏYLƏR

Rusiyanın antitürk siyasəti yalnız ona zərər verər RƏYLƏR

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Daha dövran o dövran deyil

 Rusiyalı politoloq Mixail Aleksandrov erməni mediasına verdiyi müsahibədə bildirib ki, Türk qövsünün tamamlanması, Türkiyənin Xəzər dənizinə çatması və vahid türk birliyinin qurulması qəbuledilməzdir. O, həmçinin vurğulayıb ki, Rusiyada bir çox insan bu məsələləri anlamır.

Ukraynadakı münaqişə başa çatdıqdan sonra Moskvanın diqqətinin Cənubi Qafqaza yönələcəyi gözlənilir.


Mixail Aleksandrova aid bəyanatı "Sherg.az"a şərh edən Rusiya Strateji Kommunikasiya və İnformasiya Təhlükəsizliyi Mərkəzinin eksperti Maksim Yali isə bu iddiaların ciddi əsaslara dayanmadığını qeyd edib: 


"Azərbaycan təyyarəsinin qəzaya uğraması, böyük silahlı münaqişəyə və ya diplomatik əlaqələrin kəsilməsinə səbəb olacağı inandırıcı deyil. Həmçinin, Rusiya-Ukrayna müharibəsinin tezliklə sona çatacağı da zəif bir ehtimaldır. Hər iki tərəfin mövqeləri arasında kəskin fərqlər mövcuddur və indiyədək qarşılıqlı məqbul kompromislərlə bağlı hər hansı rəsmi açıqlama verilməyib. Tarixi təcrübə göstərir ki, Rusiya, azərbaycanlılar və ermənilər arasındakı münaqişələrdə mühüm rol oynayıb. Xüsusilə, SSRİ dövründə və onun dağılmasından sonra Moskva Ermənistana açıq dəstək verib. Bu siyasət, əslində, Çar Rusiyasından miras qalmış yanaşmadır. Tarix boyunca Moskva Cənubi Qafqazda güc balansını öz xeyrinə formalaşdırmağa çalışıb. Bu səbəbdən gələcəkdə bu istiqamətdə müxtəlif addımların atılması mümkündür. Digər tərəfdən, Rusiya yalnız Cənubi Qafqazda deyil, Mərkəzi Asiyada da ciddi geosiyasi rəqabət ilə üzləşir. Çin artıq bu bölgədə Rusiyanın əsas rəqiblərindən birinə çevrilib. Cənubi Qafqazda isə İkinci Qarabağ müharibəsi geosiyasi mənzərəni dəyişdirdi. Azərbaycanın qazandığı qələbədə Türkiyənin rolu əhəmiyyətli oldu. Ankara həm hərbi, həm də diplomatik müstəvidə Bakıya dəstək verərək bölgədəki güc balansına təsir etdi. Bunun nəticəsində Rusiyanın Cənubi Qafqazdakı dominantlığı zəifləməyə başladı. Eyni zamanda, Türkiyənin bu prosesdə iştirakı onun Mərkəzi Asiyaya çıxış imkanlarını genişləndirdi. Moskva üçün əsas problem, həm Cənubi Qafqazda, həm də Mərkəzi Asiyada təsirinin azalmasıdır. Xüsusilə, Qazaxıstan kimi dövlətlər getdikcə daha müstəqil siyasət yürütməyə çalışır ki, bu da Rusiyanı narahat edir. Kremlin enerji resursları üzərindəki nəzarəti və geosiyasi təsir imkanları da zamanla zəifləyə bilər. Bu amillər fonunda, Moskvanın regionda yeni addımlar atması və maraqlarını qorumağa çalışması gözlənilir. Nəticə etibarilə, Rusiya, Türkiyə və Çin arasındakı geosiyasi rəqabət, həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya üçün yeni çağırışlar yaradır. Bu prosesdə hər bir aktor öz maraqlarını maksimum dərəcədə qorumağa və təsir dairəsini genişləndirməyə çalışır. Azərbaycanın bu yeni reallıqlara uyğun çevik və balanslı siyasət yürütməsi isə mühüm əhəmiyyət kəsb edir."

Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general-mayor Yücel Karauz isə bildirib ki, Aleksandrova aid açıqlamalarda qeyd olunan məsələlər birbaşa Rusiyanı maraqlandıran və ya Rusiyaya qarşı yönəlmiş fəaliyyətlər deyil:


 "Bu hadisələri şişirtmək, Rusiyaya fayda verməz, əksinə, zərərli ola bilər. Çünki Türk Dövlətləri Təşkilatı, Qarabağın azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması, Şuşa Bəyannaməsi və digər məsələlər Rusiyaya qarşı heç bir hərəkət deyil. Sadəcə, belə düşüncələr Sovet Sosialist Respublikaları İttifaqının mirası olaraq qalır və bu tendensiyalar günümüzə yansıyır ki, bu da son dərəcə təhlükəli bir yanaşmadır. Türkiyə ilə Azərbaycan və digər Türk dövlətləri ilə Rusiyanın arasında yaxşı qonşuluq, dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. İndiki reallıqda Rusiyanın qarşısında daha ciddi daxili və xarici problemlər mövcuddur, buna görə də, Qafqazdakı digər məsələlərə, məsələn, Gürcüstan, Ermənistan kimi ölkələrdəki hadisələrə daha çox diqqət yetirilməlidir. Bəzi Türk dövlətləri həmçinin MDB ölkələri çərçivəsində eyni təşkilatın üzvüdürlər. Bu səbəbdən, Rusiyanın antitürk siyasəti yalnız ona zərər verər. Rusiya antitürk siyasəti yerinə, Türk Dövlətləri Təşkilatında formalaşan yeni geosiyasi reallıqlar əsasında əməkdaşlıq, həmrəylik və birgə fəaliyyət məsələlərini gündəmə gətirməlidir. Hazırda Türk respublikalarının Rusiyaya qarşı hər hansı bir tədbir görməsi üçün əsaslı bir səbəb yoxdur. Bu cür fikirlər yalnız bəzi panslavist niyyətlərdən irəli gələn səhv düşüncələrdir. Bizim Rusiya ilə uzun müddətdir normal münasibətlərimiz mövcuddur. Türk Dövlətləri Təşkilatı hər hansı bir dövlətə düşmənlik bəsləmir və sülhçü bir təşkilat olaraq fəaliyyət göstərir".


Politoloq Oqtay Qasımov isə Rusiya tərəfindən bəzi siyasətçilərin və ideoloqların səsləndirdiyi fikirlərin artıq müasir dövrün tələblərinə uyğun olmadığını qeyd edib: 


"Aleksandrov, Jirinovski, Satanovski və digər şəxslər, əslində, bu şovinist yanaşmaların davamçılarıdır. Onlar yalnız rus, həm də erməni medialarına mütəmadi müsahibələr verərək erməni cəmiyyətinə təsir etmək məqsədilə açıqlamalar yayımlayırlar. Çünki Rusiyanın Cənubi Qafqazda, xüsusilə Ukrayna müharibəsindən sonra izləyəcəyi siyasət və bunun antitürk xarakterli olması gözlənilir. Rusiya daxilində bəzi dairələr, xüsusən şovinizm düşüncəsini daşıyanlar, Türk Birliyinin yaranmasını Rusiyanın hegemonluğuna qarşı bir təhdid kimi görürlər və keçmiş Türk dövlətləri və ərazilərinin yalnız Rusiya tərəfindən nəzarət olunmasını istəyirlər. Lakin zamanla Rusiya siyasətində bəzi dəyişikliklər baş verməyə başlayıb və bəzi şəxslər artıq Azərbaycan və Türkiyənin regionda strateji rolunun qəbul edilməsinin vacib olduğunu düşünürlər. Məsələn, Rusiya Prezidenti 2020-ci ildən sonra Türkiyənin Cənubi Qafqazda mühüm bir regional aktor olduğunu qeyd edib. Türk dövlətləri öz inteqrasiyasını davam etdirməli və bu əməkdaşlıq daha yüksək səviyyəyə çatdırılmalıdır. Türk dünyası qlobal miqyasda güclü bir siyasi və iqtisadi mərkəzə çevrilməli və beləliklə, heç bir xarici qüvvə onun iradəsinə qarşı hərəkət etməyə cəsarət etməməlidir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Yanvar 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see192

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see140

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see125

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see124

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see120

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri