Rusiyanın aprelə kimi planı: Odessa da işğal siyahısında...
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya aprelin əvvəlində Donetsk vilayətinin inzibati sərhədlərinə çıxmağı planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müavini, briqada generalı Pavel Palisa bildirib.
“Düşmənin planları aydındır – o, martın sonu, aprelin əvvəlinə qədər Donetsk vilayətinin inzibati sərhədlərinə çıxmağı, həmçinin Zaporojye və Dnepropetrovsk vilayətlərində maksimum irəliləməyi qarşısına məqsəd qoyub”, – deyə o qeyd edib.
Palisa əlavə edib ki, Rusiya Sum və Xarkov vilayətləri ilə sərhəd boyunca bufer zona yaratmaq niyyətindən də əl çəkmir.
“Əgər mümkün uğur əldə olunsa, ilin sonuna qədər düşmən Zaporojye, Xerson, Nikolayev və daha sonra Odessa şəhərlərini ələ keçirmək və ya onların tutulması üçün şərait yaratmaq məqsədilə hücumu genişləndirməyə çalışacaq”, – Palisa vurğulayıb.
Eyni zamanda general vurğulayıb ki, hazırda yaxın altı ay ərzində qarşı tərəfin bu planları həyata keçirmək imkanını görmür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 25 Fevral 2026 08:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















