Icma.az
close
up
RU
Rusiyanın Azərbaycan dövlətinə qarşı bu cür addımlar atması yeni hal deyil SHAM sədri

Rusiyanın Azərbaycan dövlətinə qarşı bu cür addımlar atması yeni hal deyil SHAM sədri

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Son dövrlər, xüsusilə 27 iyun tarixində gecə saatlarında Yekaterinburqda Azərbaycan əsilli vətəndaşlara qarşı aparılan əməliyyat zamanı qanunsuzluqlar və vəhşiliklər müşahidə edilmişdir. Azərbaycan əsilli insanlara qarşı bu cür hüquq pozuntularının baş verməsi xalqımızda və dövlətimizdə haqlı narazılıq doğurur. Belə hallar Rusiyada hüquqsuzluğun və qanunsuzluğun mövcudluğundan xəbər verir". Bu sözləri SİA-ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, bu cür hallar Rusiya Federasiyasında hüquqa, insan azadlıqlarına və qanuna hörmətsiz yanaşmanın təzahürlərindən biridir: "Eyni zamanda, Rusiyanın Ukraynada başladığı və davam edən xüsusi əməliyyat da diqqət çəkir.

Bu müharibədə canlı qüvvə çatışmazlığı yaşayan Rusiya tərəfi milli-etnik mənsubiyyəti olan şəxslərdən istifadə etməyə məcbur olur. Təbii ki, bu, yalnız azərbaycanlılara qarşı atılan addım deyil. Rusiyada yaşayan çoxsaylı digər millətlərə, o cümlədən tükmənlərə, qazaxlara, qırğızlara, özbəklərə, taciklərə və digər etnik qruplara aid şəxslər də bu prosesdə iştirak etməyə məcbur edilir. Bu isə Rusiyanın canlı qüvvə çatışmazlığı və hərbi ehtiyat problemlərini yaşadığını və bu problemləri aradan qaldırmaq üçün qanunsuz metodlara əl atdığını göstərir.

Azərbaycanlılara və Azərbaycan dövlətinə qarşı bu cür addımlar atılması isə yeni hal deyil. 20 Yanvar hadisələri, Xocalı faciəsi, torpaqlarımızın işğalı və digər oxşar hadisələr Moskvanın rəsmi dəstəyi və oradakı müxtəlif yüksək səviyyəli qərarların təsiri ilə həyata keçirilmişdir".

Sədr qeyd edib ki, bütün bunlara baxmayaraq, biz yenə də Rusiya ilə qonşu dövlət olduğumuza görə, bu siyasətin və münasibətin dəyişəcəyinə ümid edirik: "Lakin təəssüf ki, son zamanlar baş verən hadisələr, xüsusilə də ilin əvvəlində və ya ən son olaraq Azərbaycanın hava yollarına məxsus təyyarənin Grozna hava məkanında vurulması və Qazaxıstan ərazisində qəzaya uğraması, orada çoxsaylı azərbaycanlıların həyatını itirməsi narahatlıq doğurur.

Bundan sonra Rusiya dövlətinin bu məsələdə məsuliyyət daşıyan şəxslərin cəlb olunması istiqamətində heç bir addım atmaması, kompensasiyanın ödənilməməsi və digər susqunluq nümayiş etdirməsi bu məsələnin ciddi şəkildə həll olunmadığını göstərir. Eyni zamanda, bu son hadisənin həmin əməliyyatın tərkib hissəsi olduğunu düşünməyə əsas verir.

Qeyd olunur ki, 2000-2001-ci illərdə və təxminən 25 il əvvəl törədilmiş ölüm və cinayət hadisələrinin araşdırılması məqsədilə proseslər başlanmışdır. Lakin bu araşdırmalar arasında məntiqi əlaqənin olması çətin görünür. Hüquqi baxımdan belə araşdırmaların sistemli və obyektiv şəkildə həyata keçirilməsi vacibdir"- deyə o əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 İyun 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see429

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see202

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see181

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see169

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see157

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see145

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see130

Biz bütün dövrlərdə dilimizi qorumuşuq Prezident

05 Yanvar 2026 23:40see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri