Icma.az
close
up
RU
SHAM sədri: Terrorçular amnistiyadan kənarda qalacaq

SHAM sədri: Terrorçular amnistiyadan kənarda qalacaq

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hüquqi faktlar və normativ baza bu cür iddiaların əsassız olduğunu tam şəkildə təkzib edir

Prezident İlham Əliyev Milli Məclisə ünvanlı amnistiya təşəbbüsü ilə çıxış edib. Təşəbbüs 2025-ci il "Konstitusiya və Suverenlik İli" münasibətlə irəli sürülüb.

Bu təşəbbüs dövlət başçısının cəmiyyətin sosial-siyasi sabitliyinə, insan amilinə və ədalət prinsipinə verdiyi önəmin növbəti təzahürüdür. Amnistiya aktları, bir qayda olaraq, cəmiyyətdə yumşalma, sosial gərginliyin azalması və hüquqi münasibətlərin humanist çərçivədə tənzimlənməsinə xidmət edir.

Amnistiya Aktının layihəsinə əsasən, dövlət suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror tədbirlərində iştirak etmiş şəxslər xüsusi kateqoriya kimi nəzərə alınır. Həmçinin, bu əməliyyatlarda həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumları, Ermənistanın hərbi təxribatları nəticəsində əlil olmuş mülki şəxslər, qadınlar, 60 yaşına çatmış şəxslər, yetkinlik yaşına çatmayan cinayət törətmiş şəxslər və digər sosial həssas qruplar da amnistiyanın əhatə dairəsinə daxil edilir.

Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsünü regionda davam edən informasiya müharibəsi fonunda Ermənistan cəmiyyətində müəyyən radikal və revanşist dairələr manipulyasiya predmetinə çevirməyə çalışırlar. Sözügedən çevrələr informasiya mühitinə məqsədli şəkildə belə bir impuls ötürüblər ki, guya, Amnistiya Aktı Azərbaycanda mühakimə olunan ermənilərə də şamil edilə bilər. Bu cür iddialar, əslində, həm hüquqi reallıqların təhrif olunmasına, həm də Ermənistan ictimai rəyində yanlış gözləntilərin formalaşdırılmasına hesablanıb.

Məsələ ondadır ki, Amnistiya Aktının hüquqi mahiyyəti, tətbiq dairəsi və subyektləri qanunvericilik çərçivəsində dəqiq müəyyən olunur və hər bir halda dövlətin suveren hüquqları, milli təhlükəsizlik maraqları və törədilmiş cinayətlərin xarakteri əsas meyar kimi çıxış edir. Bu baxımdan, Ermənistanın radikal çevrələrinin yaydığı tezislər daha çox daxili auditoriyaya hesablanmış siyasi spekulyasiya xarakteri daşıyır və reallığı əks etdirmir.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov Sherg.az-a açıqlamasında deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə təqdim edilən Amnistiya Aktı ölkədə humanizm siyasətinin, hüquqi dövlət prinsiplərinin və sosial ədalət anlayışının ardıcıl şəkildə davam etdirildiyini göstərir:

“Qanunvericilik təşəbbüsü hüququndan istifadə edilərək irəli sürülən bu təklifin 19 dekabr 2025-ci il tarixində parlamentin plenar iclasında müzakirəyə çıxarılması nəzərdə tutulub. Bu Akt dövlətin vətəndaşlara yönəlik etimad və sosial məsuliyyət siyasətinin növbəti mühüm mərhələsidir. Prezident İlham Əliyevin hakimiyyətdə olduğu dövrdə əfv və amnistiya institutlarının sistemli və məqsədyönlü şəkildə tətbiq edilməsi artıq bir ənənəyə çevrilib. Ümumilikdə müstəqillik dövründə imzalanmış 71 Əfv Sərəncamının 39-nun məhz Prezident İlham Əliyevin dövrünə təsadüf etməsi, eyni zamanda indiyədək 5 Amnistiya Aktının qəbul edilməsi dövlət başçısının humanizm, islah və reinteqrasiya siyasətinə verdiyi önəmi açıq şəkildə ortaya qoyur. Hazırda müzakirəyə çıxarılan təşəbbüs sayca 6-cı amnistiya olmaqla yanaşı, miqyasına görə ən geniş və əhatəli Amnistiya Aktı kimi qiymətləndirilir. Bu amnistiyanın tətbiq dairəsi və əhatə etdiyi şəxslərin sayı onu müstəqillik tarixinin ən genişmiqyaslı humanist hüquqi aktlarından birinə çevirir. İlkin hesablamalara görə, sənəd 20 mindən artıq şəxsə şamil ediləcək. Onlardan 5 mindən çoxu azadlıqdan məhrumetmə cəzasından tam azad ediləcək, 3 mindən artıq şəxsin cəzası azaldılacaq, minlərlə məhkum isə digər cəza növlərindən və ya cinayət məsuliyyətindən azad olunacaq. Bu, yalnız hüquqi deyil, eyni zamanda dərin sosial-humanist məzmun daşıyan bir addımdır. Minlərlə ailənin sosial vəziyyətinə müsbət təsir göstərilməsi, məhkumların cəmiyyətə yenidən inteqrasiyası və ictimai etimadın möhkəmləndirilməsi baxımından bu amnistiyanın əhəmiyyəti ölçüyəgəlməzdir”.

Politoloq Amnistiya Aaktı ilə Əfv İnstitutunun hüquqi mahiyyəti arasında ciddi fərqlər olduğunu xatırladıb:

“Əfv fərdi xarakter daşıyan, yalnız məhkəmə hökmü qüvvəyə minmiş şəxslərə münasibətdə tətbiq olunan və müstəsna səlahiyyət kimi dövlət başçısına məxsus hüquqi mexanizmdir. Amnistiya isə fərdi deyil, ümumi xarakter daşıyır və cinayət qanunvericiliyinin konkret maddələri üzrə cəzadan və ya cinayət məsuliyyətindən azad olunmanı nəzərdə tutur. Bu baxımdan amnistiya daha geniş sosial-hüquqi təsir imkanlarına malikdir. Konkret sualınıza gəldikdə isə onu deyim ki, məsələ ilə bağlı həm yerli, həm də beynəlxalq ictimaiyyətdə müzakirələrin aparılması, xüsusilə Ermənistan və digər ölkələrə məxsus sosial şəbəkə platformalarında məqsədli manipulyasiyaların edilməsi diqqət çəkir. Bu manipulyasiyaların əsas mahiyyəti guya Azərbaycanda terror, sülh və insanlıq əleyhinə cinayətlər törətmiş erməni silahlı qruplaşma üzvlərinin də Amnistiya Aktından faydalana biləcəyi iddiası üzərində qurulub. Halbuki bu iddialar hüquqi reallıqla heç bir halda uzlaşmır. Azərbaycan qanunvericiliyində amnistiyanın tətbiqinə dair konkret və birmənalı məhdudiyyətlər mövcuddur. Ağır və xüsusilə ağır cinayətlər, terrorçuluq, dövlətə xəyanət, qəsdən adam öldürmə, təkrar zorakılıq cinayətləri amnistiya aktlarının tətbiq dairəsindən istisna edilir. Xüsusilə 1994-cü ildə qəbul edilmiş 793 nömrəli qanuna əsasən, 20 Yanvar hadisələrində, Xocalı soyqırımında və Azərbaycan ərazilərinin işğalında iştirak etmiş şəxslərin hər hansı Amnistiya Aktının təsiri altına düşməsi qəti şəkildə qadağandır. Bir sözlə, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qəsd etmiş, insanlıq əleyhinə cinayətlər və soyqırım törətmiş şəxslərin dövlətin humanizm siyasətindən faydalanması nə hüquqi, nə də siyasi baxımdan mümkün deyil. Bu, yalnız Azərbaycanın deyil, bütün müasir beynəlxalq hüquq sisteminin qəbul etdiyi fundamental prinsipdir. Belə cinayətləri törətmiş şəxslər xüsusi ictimai təhlükə yaradan cinayətkar kateqoriyasına aiddir və onların əfvi və ya amnistiyaya düşməsi ehtimal xarakteri belə daşımır”.

X.Bəşirov qeyd edib ki, Ermənistanda bu məsələnin süni şəkildə gündəmə gətirilməsi isə açıq şəkildə daxili siyasi manipulyasiyalara, revanşist və təxribatçı qüvvələrin maraqlarına xidmət edir. Məqsəd Azərbaycan cəmiyyətində və beynəlxalq müstəvidə yanlış təsəvvür yaratmaq, eyni zamanda Ermənistan daxilindəki siyasi gərginlikdən diqqəti yayındırmaqdır. Lakin hüquqi faktlar və normativ baza bu cür iddiaların əsassız olduğunu tam şəkildə təkzib edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:260
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Dekabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see329

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see296

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see296

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see287

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see285

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see279

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see277

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see273

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see268

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see261

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see246

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see243

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see235

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see229

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see227

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see226

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see212

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see212

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri