Rusiyanın bəzi hava limanlarında yüzlərlə aviareys LƏĞV EDİLDİ
Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Moskvanın hava limanlarında, həmçinin Rusiyanın Yekaterinburq, Nijni Novqorod, Kalininqrad və digər şəhərlərində uçuşlar ləğv olunur və ya gecikir.
Adalet.az-ın "Baza Teleqram" kanalına istinadən verdiyi məlumata görə, təkcə Moskva və Sankt-Peterburqda 100-ə yaxın reys təxirə salınıb, bir neçə yüz uçuşun vaxtı dəyişdirilib. Bir çox sərnişin hava limanlarında 9 saatdan çox vaxt keçirib.
Məlumata görə, ən çətin vəziyyət Şeremetyevo hava limanında müşahidə olunur, burada 170-dən çox reys gecikir, 50-yə yaxın reys təxirə salınıb. "İndi orada izdiham var: gələn sərnişinlər hələ hava limanını tərk etməyənlərə qarışıb. Hətta kafe və biznes salonlarında belə boş yerlər qalmayıb", - paylaşımda qeyd olunur.
Bildirilir ki, Pulkovoda 30-dan çox reys təxirə salınıb. Cəmi bir neçə dəqiqə əvvəl hava limanı daha bir dron hücumu təhlükəsi ilə əlaqədar fəaliyyəti dayandırıldıqdan sonra açılıb. Bu səbəbdən hələ də Şeremetyevodan Pulkovoya uça bilən təyyarələrdən biri yenidən Moskvaya qayıdır.
Məlumata görə, Moskvanın digər hava limanlarında, eləcə də Yekaterinburq, Nijni Novqorod, Kalininqrad və digər şəhərlərdə də gecikmələr var, bəzi reyslər isə ləğv olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 05 İyul 2025 21:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















