Icma.az
close
up
RU
“Rusiyanın büdcə kəsiri görünməmiş həddə artır” “İqtisadi fəlakət gözlənilir...”

“Rusiyanın büdcə kəsiri görünməmiş həddə artır” “İqtisadi fəlakət gözlənilir...”

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Müharibənin xərcləri o qədər böyükdür ki, Rusiya büdcəsinin bu yükü çəkməsi üçün 2025-ci ildə büdcənin tarazlaşdıra biləcək qiymət səviyyəsi kimi 69,7 dollar (məzənnənin 1 dollar =96,5 rubl olması şərtilə) müyyən edilib”.

“AzPolitika” bildirir ki, bu barədə tanınmış iqtisadçı Rövşən Ağayev yazıb.

Onun sözlərinə görə, büdcənin təsdiqlənən xərcləri qarşılaması üçün satılan hər barrel neft büdcəyə 6707 rublun daxil olmasını təmin etməlidir. İqtisadçı hesab edir ki, fevral ayı üzrə bu göstəricinin həmin həddən 12%-ə yaxın az olacağı gözlənlir: “Yanvar ayında “Urals” markalı neftin orta satış qiyməti 67 dollar ətrafında olmuşdu. Fevralın ilk 10 günü üzrə 61 dollar ətrafında olub. Bu vəziyyətə təkcə qiymətlərdə ucuzlaşmanın yox, ABŞ Prezidenti Co Baydenin gedərayaq rus neftini daşıyan tenkerlərə qarşı tətibiq elədiyi sanksiyaların ciddi təsir etdiyi bildirilir. Əsas alıcılar ya sanksiyalara görə almaqdan yan qaçırlar, ya da daha yüksək endirimlər tələb edirlər”.

R.Ağayev xatırladıb ki, ən böyük alıcı olan Çinin nəhəng neftayırma zavodları fevral ayı üzrə də alqı-satqı müqavilələrini imzalamaqdan yayınıblar.

“Nəticədə yüklənmiş tankerlərdə ixracını gözləyən neft həcmlərinin artdığı, yanvarda ixracın hətta 25% azalması ilə bağlı məlumatlar var”, - o, qeyd edib.

İqtisadçı vurğulayır ki, Rusiya dövlət büdcəsinin kəsiri və xərcləmələri görünməmiş həddə artır: “Məsələn, bu ilin yanvar ayında xərclər ötən ilin eyni ayına nisbətən 73% çox olmaqla 4,4 trilyon rubl təşkil edib. Büdcənin kəsiri indiyə qədər olmayan rekord səviyyəni görüb -1,7 trilyon rubl. Bu, bütün il üzrə prqonozlaşdırılan 1,2 trilyon rubldan daha çoxdur”.

R.Ağayev hesab edir ki, bu faktlar neftin qiymətinin hətta 60 dollara düşməsinin belə Rusiya üçün iqtisadi fəlakət olacağı anlamlına gəlir.

“Çünki “Brent” markalı neftin 60 dollara olduğu şəraitdə “Urals” ən azı 6-8 dollar endirimlə satılır”, - iqtisadçı bildirib.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 Fevral 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri