Icma.az
close
up
RU
Rusiyanın Çinə yaxınlaşması prosesi davamlı olacaq AÇIQLAMA

Rusiyanın Çinə yaxınlaşması prosesi davamlı olacaq AÇIQLAMA

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya hökuməti yaxın vaxtlarda Çinlə vizasız rejimin tətbiqini elan edəcək.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin "Valday" Diskussiya Klubunun iclasında bildirib.

Rusiya lideri oxşar tədbirləri xarici işlər naziri Sergey Lavrovla müzakirə etdiyini və artıq qərar qəbul olunduğunu qeyd edib.

Rusiya ilə Çin arasında vizasız rejimin tətbiqi siyasi aspektdə nələr qazandıra bilər?

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, yaxın vaxtlarda Avropa-Rusiya münasibətlərinin gərginliyi fonunda Rusiyanın Çinlə yaxınlaşması normal haldır. Onun sözlərinə görə, bu gün Rusiya-Çin münasibətləri artan və daha da yaxınlaşma istiqamətdə davam edir:

"Çin-Rusiya münasibətləri strateji ittifaq deyil, sadəcə mütəffiqlik hesab olunur. Xüsusən də yaxın zamanlarda Avropa-Rusiya münasibətlərinin gərginliyi Rusiyanın Çinə yaxınlaşmasına təkan verib. ABŞ-nin Ukraynaya silah yardımı tədarükünü davam etdirməsi, "Tomaqavk" tipli silahlardan Ukraynaya verilməsi, o cümlədən bu qanadlı raketlərlə Rusiyanın atəşə tutulmasına icazə verilməsi, həmçinin Avropada yerləşən Rusiyaya məxsus aktivlərin Ukraynanın xeyrinə verilməsi ilə bağlı qərarın qəbulu Rusiya-Avropa münasibətlərini gərginləşdirib”.

Yusif Bağırzadə: Çin-Rusiya münasibətləri strateji ittifaq deyil, sadəcə mütəffiqlik hesab olunur

Müsahibimiz qeyd edib ki,  Rusiyaya məxsus aktivlərin təxminən 49 milyard dollara yaxını ABŞ ərazisində, 250 milyard dollar isə Avropa İttifaqına daxil olan dövlətlərin ərazisində yerləşir. Bundan başqa, Trampın Rusiyanı kağız əjdaha dövləti kimi elan etməsi, həmçinin Rusiyanı zəif, Ukraynanı isə güclü dövlət kimi qələmə verən bəyanatları ABŞ-Rusiya münasibətlərini daha da gərginləşdirib.

Y.Bağırzadə hesab edir ki, Rusiyanın Çinə yaxınlaşması prosesi davamlı olacaq. Buna nümunə olaraq, viza rejiminin ləğvini misal çəkmək olar.

"Ümumilikdə Putinin hakimiyyəti dövründən Rusiya ilə Çin münasibətlərində istiləşmə baş verib. Avropa İttifaqı və ABŞ-nin Çinin əsas ticarət tərəfdaşı olduğunu nəzərə alsaq, Pekin Moskva ilə müəyyən məsafə saxlamağa çalışır", - deyə politoloq vurğulayıb.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 Oktyabr 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri