Icma.az
close
up
RU
Rusiyanın “çirkli camaşırlar”ı, rus sektoru problemi və Moskvanın ambisiyaları Səxavət Məmməd yazır

Rusiyanın “çirkli camaşırlar”ı, rus sektoru problemi və Moskvanın ambisiyaları Səxavət Məmməd yazır

Icma.az, Yenicag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya ilə Azərbaycan arasında açıq şəkildə informasiya müharibəsi gedir. Tərəflər bir-birinin “çirkli camaşırlar”ını ortaya atmaqla məşğuldur. Məsələ ondadır ki, Rusiyanın üzə çıxarılası “çirkli camaşırlar”ı daha çoxdur. Rusiyanın Azərbaycana, Azərbaycan xalqına qarşı yüzlərlə çirkin əməllərini saymaq olar. Rusiya tərəfi isə sadəcə olaraq şantaj etməkdən o yana gedə bilmir.

Reallıqlara baxdıqda, imperialist dövlətlərlə münasibət həmişə tükdən asılı olur. Ən yaxın olduğun dövrdə belə tərs şillə ala bilərsən. Azərbaycan təyyarəsinin vurulması ilə iki ölkə arasında münasibətlər gərginləşdi. Rusiya kimi dövlətlərlə axıra qədər hamar yol getmək mümkün deyil. Müstəqillikdən bu yana Azərbaycanla İran və Rusiyanın münasibətləri həmişə bu formada davam edib. Müəyyən müddət yaxınlaşma, daha sonra isə münasibətlərin pisləməsi, yenidən normallaşma.

Azərbaycan cəmiyyətinin siyasiləşməmiş cəmiyyət olduğu açıq şəkildə hiss olunur. Yəni “qızıl orta” anlayışı yoxdur, ya dost olur, ya düşmən. İndiki halda bu informasiya müharibəsinin bir qədər də artacağı gözlənilir. Haqlı olaraq sual yaranır: hara qədər gedə biləcəyik? Yaxud Azərbaycanın Rusiya ilə bu gərginliyi Qərblə münasibətləri tamamilə yaxşılaşdıracaq? Bəzi insanlar elə düşünürlər ki, Rusiyaya yerini göstərməklə Avropa İttifaqına girmək olar. Nəzərə almaq lazımdır ki, Qərb təkcə Rusiya ilə münasibətlərin pisləşməsinə baxmır, baxmayacaq. Burada Qərbin özünün şərtləri var: insan haqları, azadlıqları və s. Ermənistan və Gürcüstan siyasiləşmiş cəmiyyətlər olduğu üçün Rusiyadan da, Qərbdən də nə istədiyini bilir və ona uyğun davranır. Ona görə də eyni vaxtda Avropa İttifaqına girmək istəyən Ermənistanla Rusiyanın ticarət dövriyyəsi qızıl dövrünü yaşayır. Kiçik dövlətlərin bir nömrəli hədəfi böyük dövlətlərdən istifadə etmək və qazanmaq olmalıdır. Azərbaycan zaman-zaman bunu edə bildi. Rusiyadan istifadə edərək, elə Rusiyanın başımıza bəla etdiyi “Dağlıq Qarabağ” problemini çözmüş oldu.

Hazırkı gərginlik onu göstərir ki, özünü Rusiya əleyhdarı kimi göstərən şəxslər “boşa piston” atırlar. Misal üçün Rusiyanın bir nömrəli “qırmızı xətt”i rus dilidir. Ancaq evində rusca danışan, övladını, nəvəsini rus sektorunda oxudan heç bir valideynin nə uşağını rus sektorundan çıxardığını eşitdim, nə də evdə Ana dilində danışdığını gördüm. Tarixdən yüzlərlə misallar gətirə bilərəm. Bunlar Rusiyanın tükünü tərpədəcək? İnanmıram. Ancaq sənin onun dilindən imtina etməyin əməli əleyhdarlıqdır. Dövlət özü bilər, çünki dövlətlər bu gün yaxınlaşar, sabah indiki kimi gərginlik içərisində olar. Dövlətlərin münasibətləri normal olanda gəlib evdən uşağını alıb rus sektoruna qoyacaqlar? Bunları yazanda dərhal çıxıb deyirlər ki, “nə düşmüsünüz rus sektorunun üstünə, orada dərslərin səviyyəsi Azərbaycan sektorundan daha üstündür”. Vallah-billah, rus sektoru, eləcə də Azərbaycan sektorunun şagirdləri repetitorsuz ali məktəblərə girə bilmirlər.

Rusiyaya kəllə atmaq üçün təkcə dil məsələsini də həll etməklə iş bitmir. Ölkədə iş yerləri, maaşların həddi, yaşam şəraiti olmalıdır. Yadıma gəlir, müharibə vaxtı əsgərlərlə söhbət edəndə biri dedi ki, “təkcə ermənilərin yox, elə Rusiyanın da ağzın cırırıq”. Daha sonra Təbrizdən, Dərbənddən dəm vurdu. Dedim, “çox da zilə qalxma”. Müharibə bitdi, bir neçə ay sonra həmin əsgər zəng elədi, dedi ki, “düz deyirmişsən, qardaş, iş tapa bilmədim, gedirəm Rusiyaya, qohumların yanında bazarda alverə”.

Rusiya bu region üçün təhdiddir. Hər zaman təhdid olaraq da qalacaq. Rusiyanın başı Ukrayna müharibəsinə qarışdığı üçün Azərbaycanla birgə hərəkət edirmiş kimi davranırdı. Çünki Azərbaycan Rusiya üçün Ermənistanı təzyiq altında saxlamaq üçün bir vasitə idi. Ermənistanın bütün şıltaqlıqlarına Rusiya açıq şəkildə göz yumurdu. Ancaq Rusiya Ermənistan daxilində baş verən proseslərə əl qoymaq istəyəcək. Əgər Rusiya Ermənistanda istəyinə nail olsa, – hansı ki, buna inanıram – onda Zəngəzur dəhlizinə görə qarşımızda Ermənistan yox, Rusiya olacaq. Rusiya hansı şərtləri tətbiq edəcək, bu, bəlli deyil. Ona görə də Azərbaycan tərəfinin İran ərazisindən Naxçıvanla əlaqəni daha da gücləndirməsi üçün atdığı addımlar anlaşılandır.

Rusiyanın Ermənistanda aktivləşməsi, Moskvaya bağlı şəxslərin Azərbaycana təhdidedici mesajlar verməsi onu deməyə əsas verir ki, şərti sərhəd istiqamətində gərginlik də mümkün variantdır.

Elə bir regionda yaşayırıq və elə qonşularımız var ki, zəif olmaq şansımız yoxdur.

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 30 Yanvar 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see251

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see211

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see194

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see173

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see141

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see137

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see136

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see135

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see135

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see131

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see129

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see128

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see127

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see125

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see124

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see124

Türkan evliliklə bağlı sualları CAVABLANDIRDI VİDEO

23 Oktyabr 2025 00:30see123

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see122

ABŞ Senatı hökumət fəaliyyətinin bərpası ilə bağlı qanun layihəsini 12 ci dəfə qəbul edə bilməyib

23 Oktyabr 2025 04:23see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri