Rusiyanın ən varlı şəxslərinin sərvəti 22 milyard dollar artıb
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Rusiyanın ən zəngin iş adamlarının sərvəti ilin əvvəlindən təxminən 22 milyard dollar artıb.
Oxu.Az xəbər verir ki, "Bloomberg"in "Milyarderlər indeksi"nin şirkətlərin səhmlərinin dəyəri əsasında apardığı hesablamalardan sonra belə nəticələr ortaya çıxıb.
"Severstal"ın təsisçisi Aleksey Mordaşov ilin əvvəlindən 4.84 milyard dollar qazanaraq, sərvətini 28.1 milyard dollara çatdırıb.
Rusiyanın ən böyük dəmir filizi istehsalçısı "Metalloinvest"in səhmdarı Əlişir Usmanovun sərvəti isə 4.81 milyard dollar artıb.
"Telegram" mesencerinin həmtəsisçisi Pavel Durov ilin əvvəlindən 3.71 milyard dollar qazanaraq, sərvətini 14.7 milyard dollara yüksəldib.
Ən çox itkiyə məruz qalan rusiyalı sahibkar isə NLMK-nın rəhbəri Vladimir Lisindir. Onun sərvəti 2.86 milyard dollar azalaraq, 23 milyarda düşüb.
Xatırladaq ki, 2012-ci ilin martından "Bloomberg" planetin ən zəngin 500 adamının sərvətləri haqqında məlumatların yer aldığı "Milyarderlər indeksi"ni dərc edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 01 Noyabr 2025 09:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















