Icma.az
close
up
RU
Rusiyanın “ermənisiz Ermənistan” planı Almaniya mediası İrəvan və Qarabağ xanlığı haqqında nə yazıb? KONKRET

Rusiyanın “ermənisiz Ermənistan” planı Almaniya mediası İrəvan və Qarabağ xanlığı haqqında nə yazıb? KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cənubi Qafqazda baş verən hərbi münaqişə dünya mediasının diqqət mərkəzindədir. O cümlədən, Almaniya kütləvi informasiya vasitələri də bu məsələyə xüsusi diqqət ayırırlar. Qarabağda yenidən alovlanmış müharibə haqqında Almaniya mediasında yüzlərlə xəbər yayılıb, problemin mahiyyətinin izahı ilə bağlı təhlil xarakterli onlarla məqalələr yazılıb. Bu prosesi mütəmadi şəkildə izlədiyimə görə deyə bilərəm ki, sonuncu Qarabağ savaşına qədər Almaniya mediası təsadüfi hallarda Azərbaycan haqqında müəyyən şeylər yazıb. Bəllidir ki, Qərb mətbuatında ermənilərə xristian təəssübkeşliyindən doğan xüsusi məhəbbət var. Almaniyada da bu tendensiya aydın görünür. Ancaq o da etiraf olunmalıdır ki, son vaxtlar Qərb mətbuatı Azərbaycan haqqında, Qarabağ probleminin mahiyyəti barədə kifayət qədər obyektiv yanaşma sərgiləyir. Və bu, beynəlxalq səviyyədə Azərbaycanın ciddi uğuru sayılmalıdır.

Bu yazımızda belə nümunələrdən biri haqqında söhbət açacağıq. “Der Tagesspiegel” qəzetində gedən “Tradition russisch-türkischer Absprachen” (Rus-türk anlaşmasının ənənəsi) adlı məqalədə bölgənin tarixi ilə bağlı müəyyən mülahizələr irəli sürülür. Məqalənin müəllifi Tessa Hofmann bəzi tarixi mənbələrə istinadən Dağlıq Qarabağın Azərbaycanamı, yoxsa Ermənistanamı məxsus olduğunu aydınlaşdırmağa çalışır.

Tessa Hofmann yazır ki, 1813-cü ildə Rusiya ilə İran arasında sülh müqaviləsi imzalandı. Nəticədə, “keçmiş fars xanlıqları olan Dərbənd, Bakı, Gəncə və Qarabağ xanlıqları Rusiyanın nəzarəti altına keçdi”. 1828-ci ildə isə Gülüstan müqaviləsi imzalandı. İrəvan və Naxçıvan xanlıqları da Rusiyanın əlinə keçdi. Bu ərazidə qısa müddət ərzində mövcud olan “erməni bölgəsi” (1828-1840) yaradıldı. Bu, ermənilər arasında erməni dövlətinin qurulacağı ilə bağlı ümidləri artırdı. O vaxt Qarabağ etnik və dini baxımdan Gəncə quberniyasına bağlı idi.

Gördüyünüz kimi, müəllif Azərbaycan xanlıqlarını fars (persiyan) kimi təqdim edir. Ancaq farslar arasında heç vaxt xanlıq anlayışı və ənənəsi olmayıb. Ümumiyyətlə, o vaxt tarixdə İran adlı dövlət yox idi. Həmin ərazidə yüzdə yüz türk olan Qacarlar sülaləsi hökmranlıq edirdi. Bəllidir ki, Qacarlar və ya Qacarlar sülaləsi 1796-1925-ci illərdə hazırkı Azərbaycanın və İranın ərazilərində hakimiyyətdə olublar. Bu dövlət İran yox, Qacarlar dövləti adlanırdı.

Təəssüf ki, müəllif 1805-ci ildə imzalanmış Kürəkçay müqaviləsindən söhbət açmır. Həmin müqavilə Qarabağ və Şəki xanlıqları ilə Rusiya arasında imzalanır. Müqaviləyə görə, bu xanlıqlar Rusiyaya ilhaq edilirlər. Kürəkçay müqaviləsi son dərəcə önəmli bir sənəddir. Çünki bu sənəddə birmənalı olan fakt odur ki, Qarabağın sahibi azərbaycanlılardır. Məhz azərbaycanlıların xanı ilə Rusiya dövləti müqavilə bağlayır. Məntiqlə ermənilər Qarabağda güc sahibi olsaydı Rusiya onlarla rəsmi müqavilə imzalayardı.

Almaniyalı müəllif qeyd edir ki, XIX əsrdə Rusiyanın ermənilərə yönəlik siyasətində qarışıqlıq vardı. Belə ki, Rusiyalı ruhanilər erməniləri xristianlığı parçalayan təfriqəçi hesab edirdilər. Rusiyanın gizli xidmət orqanları isə erməniləri inqilabçı sayırdı. Belə qarışıqlıqdan dolayı “Ermənisiz Ermənistan” ifadəsi ortaya çıxmışdı. Bu ifadə ilk dəfə Rusiyalı diplomat Aleksey Lobonov-Rostovski tərəfindən işlədilmişdi. 1882-ci ildən sonra Rusiya Cənubi Qafqazda zorakılığa söykənən coğrafi və etnik reallıqları nəzərə almayan siyasət yeridirdi. Bu da Rusiyanı xilaskar hesab edən ermənilər arasında ruslara olan inamı sarsıdırdı.

Söhbət açdığımız məqalədə bizim üçün önəmli olan məqamlardan biri İrəvan xanlığı ilə bağlıdır. Yuxarıda vurğuladıq, xanlıq klassik türk dövlət idarəçiliyi formasıdır. Xanlığın farslarla heç bir əlaqəsi yoxdur. Ermənilərin isə xanlıqdan danışması ümumiyyətlə, mümkün deyil. Əgər İrəvan xanlığı ərazisində ermənilər söz sahibi olsaydı məhz onlara məxsus dövlət qurumu olardı və həmin dövlətin rəhbərliyi Rusiya ilə anlaşma əldə edərdi. Ancaq tarixdə belə bir şey olmayıb.

Belə ala-yarımçıq da olsa Almaniya mətbuatında Azərbaycan xanlıqları haqqında məlumatın verilməsi, xüsusən Qarabağ və İrəvan xanlıqlarının adının çəkilməsi müsbət hadisədir. Ümid edək ki, Almaniyada Azərbaycan tarixinə maraq göstərən alimlərin sayı bundan sonra daha da çoxalacaq. Bunun üçün isə Azərbaycan güclü dövlət olmalıdır. Yalnız güclü dövlət özünə güclü maraq yaratmağa qadirdir.

Elbəyi Həsənli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 May 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see386

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see187

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see138

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri