Rusiyanın fikri maraqlı deyil, biz buna qarşıyıq Siyarto
Icma.az bildirir, Axar.az portalına istinadən.
Macarıstan Ukraynanın Avropa Birliyinə daxil olması ilə bağlı mövqeyini dəyişməyəcək, hətta Rusiya buna etiraz etməsə belə.
Axar.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Feysbuk səhifəsində bildirib.
"Yenə Zelenski öz standartları ilə mühakimə edir. Ondan fərqli olaraq, bizim mövqeyimiz xaricdən diktə edilmir. Ukraynanın AB-yə üzvlüyü ilə bağlı Moskvanın nə düşündüyü bizi maraqlandırmır. Bizi macarların nə düşündüyü maraqlandırır", - nazir yazıb.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski söyləyib ki, Macarıstanın Ukraynanın AB-yə üzvlüyünə nə üçün qarşı çıxdığı aydın deyil, hətta Rusiya belə buna qarşı çıxmır.
Bu mövzuda digər xəbərlər:Siyarto İrəvanda açıqladı: Kiyev buna hazır deyil!
27 May 2025 20:17
Macarıstan buna imkan verməyəcək Siyarto
15 Noyabr 2025 22:53
Siyarto: Macarıstan Rusiyanın enerji infrastrukturuna zərbələri suverenliyə hücum kimi qiymətləndirir
30 Mart 2025 08:07
Siyarto: Rusiyasız bu, mümkün deyil
09 Mart 2025 19:59
Siyarto: “Biz əlimizdən gələni etdik”
23 Dekabr 2024 08:06
Baxış sayı:113
Bu xəbər 05 Sentyabr 2025 22:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















