Icma.az
close
up
RU
Rusiyanın gerçək siması İŞĞALÇILIQ!

Rusiyanın gerçək siması İŞĞALÇILIQ!

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın işğalçı dövlət olduğu bütün dünya tərəfindən qəbul edilən faktdır. Bu gün Ukraynada işğal müharibəsi aparan Rusiyanın imperiya maraqlarından ən çox əziyyət çəkən regionlardan biri də Cənubi Qafqaz olub. Birinci Qarabağ müharibəsi, Gürcüstan ərazilərinin işğalı, İkinci Qarabağ müharibəsində Azərbaycanın suverenliyinə qarşı atılan addımlar və s. Bütün bunların arxasında məhz Rusiya dayanıb.
Kreml düşünməsin ki, Azərbaycan xalqı bütün bunları unudur. 20 Yanvar faciəsini törədən Rusiya I Qarabağ müharibəsində erməni işğalının əsas sponsoru idi. Qarabağ münaqişəsinin 30 ilə yaxın davam etməsi və torpaqlarımızın işğalda qalmasının əsas qaynağı da məhz Rusiya olub. Çünki Rusiya zaman-zaman işğalçı Ermənistanı silahlandırır, siyasi və hərbi dəstəyi ilə gücləndirir, o cümlədən, danışıqlar prosesində razılaşma əldə edilməsinə mane törədərdi. 

Nəhayət, Azərbaycan 2020-ci ildə cəmi 44 gün ərzində öz tarixi torpaqlarını işğaldan azad etdi, Rusiyaya və ermənilərin digər havadarlarına rəğmən.
2020-ci ildən 2023-cü ilə qədər Qarabağda baş verənlər Rusiyanın gerçək simasını bir daha ortaya çıxardı. Azərbaycan torpaqlarında özünü “sahib” kimi aparmağa cəhd edən Rusiya sülhməramlıları erməni cinayətkar dəstələrinin silahlandırılmasından tutmuş, separatizmin körüklənməsinə qədər hər cür cinayətlərə imza atırdı. Azərbaycan tərəfinin dəfələrlə etdiyi xəbərdarlığa baxmayaraq, sülhməramlıların özbaşınalığına son qoyulmurdu.

- Silah-sursatın daşınması.
- Narkotika ticarətinin aparılması.
- Qanunsuz səfərlərin təşkili.
- Laçın yolunu beynəlxalq cinayətkarlığın keçidinə çevirmək.
- Azərbaycanın təbii sərvətlərinin talanaraq, Ermənistana daşınması.
- Ekoloji mühtin məhv edilməsi.

Rusiya sülhməramlılarının Qarabağda törətdiyi cinayətlərin siyahısını kifayət qədər uzatmaq olar. Bu gün Rusiya özünü elə aparır ki, sanki bu cinayətlər çox keçmişdə qalıb, yaxud “əlləri cinayətə” bulanmayıb.

2023-cü ilin 20 sentyabrında keçirilən antitrerror əməliyyatı Azərbaycan dövlətinin siyasi iradəsi və suverenliyinin bərpa edilməsi hədəfində prinsipial mövqeyinin nəticəsi idi. Rusiya isə yenə də sona qədər erməni quldur dəstələrinin müdafiəsi məqsədilə əlindən gələni etdi. Misal üçün, hərbi cinayətlər törətmiş şəxsləri – Araik Arutyunyan, Ruben Vardanyan və digərlərinin sülhməramlıların bazasında gizlədilməsi məlum məsələdir. O cümlədən, əməliyyat zamanı bazada qalmaları haqda xəbərdarlıq edilsə də, bir qrup sülhməramlının buna əməl etməməsi təkcə ehtiyatsızlıq yox, həm də təxribat addımı idi. Nəticədə onların avtomobili atəşə məruz qaldı və bir neçə sülhməramlı öldü. Azərbaycan isə baş verənlərə görə müvafiq addımlar atdı. 
Rusiyanın eyni təxribatı 44 günlük müharibə zamanı da olmuşdu. 2020-ci ilin 9 noyabrında işğalçı erməni kalonunu müşaiyət edən Rusiyaya məxsus helikopter Azərbaycan hərbçiləri tərəfindən yanlışlıqla vuruldu, çünki Rusiyaya məxsus helikopter işıqlarını söndürərərək, gizli şəkildə erməni separatçılarına yardım etməyə çalışırdı. Azərbaycan bu təxribata rəğmən, yenə müvafiq tədbirlər gördü, istər məsuliyyətə cəlb etmək, istər kompensasiyaya ödəmək olsun, lazımi addımlar atdı. 

Ancaq çox təəssüf ki, Rusiya bu gün hələ də adekvat addımlar atmır. AZAL-a məxsus təyyarə Qroznıda vurulsa da, Kreml faktları gizlətməyə çalışır. Halbuki, qara qutular artıq açılıb və bütün məsuliyyətin Rusiyanın üzərinə düşdüyü ortadadır. 
Bəs Rusiya niyə belə mövqe sərgiləyir? Çünki bu ölkə tarixən öz qonşularına və müttəfiqlərinə qarşı hüquq, yaxud reallıqdan yox, imperiya maraqları və işğal siyasətindən çıxış edir. Bu gün Rusiya mediasında Azərbaycana qarşı aparılan hücum kampaniyası da bundan qaynaqlanır və məlumdur ki, tapşırıq birbaşa Kremldən verilib. 
Lakin Moskvada unutmasınlar ki, Azərbaycan xalqı nə 20 Yanvarı, nə də Rusiyanın törətdiyi, yaxud törədilməsində iştirak etdiyi digər qırğınları unutmayıb!
Vaqif Hüseynli
Demokrat.az 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Yanvar 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri