Icma.az
close
up
RU
Rusiyanın kölgə donanması nın bir illik fəaliyyəti: 80 milyard avro...

Rusiyanın kölgə donanması nın bir illik fəaliyyəti: 80 milyard avro...

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya 2024-cü ildə dəniz neft ixracının 60%-dən çoxunu, o cümlədən ixrac edilən xam neftin 78%-ni və neft məhsullarının 37%-ni "kölgə donanması" sayəsində nəql edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) "Facebook"da məlumat yayıb. 

Qeyd olunur ki, Rusiyanın dəniz neftinin ümumi ixracı 80 milyard avrodan çox qiymətləndirilir: xam neft - 57 milyard avro və neft məhsulları - 26 milyard avro. Rusiya Federasiyasının "kölgə donanması" ümumi yükgötürmə qabiliyyəti 57 milyon metrik tondan çox olan neft və neft məhsullarını daşıyan 387 tankerdən ibarətdir.

"İndi Rusiya gizli donanması ilə davranış modelini dəyişir - kölgə tankerlərinin sahibləri/menecerlərinin şirkətlərinin qeydiyyatı üçün BƏƏ, Hindistan, Seyşel adaları və Marşal adaları ilə yanaşı, əlavə olaraq Çini, xüsusən Honq-Konq, eləcə də Rusiya Federasiyasını seçir", deyə hesabatda qeyd edilir.

Bundan əlavə, Rusiya Komor adaları, Kurakao, Cibuti, Qayana, Qambiya, San-Tome və Prinsipi və Tanzaniyanın yeni "rahat" bayraqları çətiri altında gəmilər paylayır.

"Kölgə donanması"nın yenilənmiş siyahısına Rusiya tanker donanmasının operatorları ilə əlaqəli gəmilər - "Fractal Marine Shipping" (BƏƏ), "Gatik ShipManagement" (Hindistan), "Sun Ship Management" (BƏƏ) və "HenneseaHoldings Limited" (BƏƏ) daxildir. 2022-ci ildən bu şirkətlər mütəmadi olaraq "gəmi hoqqası" taktikalarından istifadə edərək sahiblərini dəyişirlər.

"Kölgə donanma gəmiləri gəmilər və yüklər haqqında məlumatları gizlədir, naviqasiya avadanlığını söndürür, gəmiçilik üçün təhlükə yaradır. Yüksək riskli STS yüklənməsi geniş istifadə olunur - açıq dənizdə neftin tankerdən tankerə daşınması xammalın mənşəyinə nəzarəti çətinləşdirir", deyə GUR qeyd edib.

Portalda dərc olunan kölgə tankerlərinin 90%-dən çoxunun müvafiq Qərb sığortası yoxdur və buna görə də qəza və ya neft dağılması halında təsirə məruz qalan sahilyanı ölkələr heç bir kompensasiya ala bilməzlər.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 Mart 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri