Rusiyanın qadağalarından sonra Paşinyan söz verdi KONKRET
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın tətbiq etdiyi idxal məhdudiyyətləri səbəbindən məhsullarını ixrac edə bilməyən fermerlərin zərərinin kompensasiya ediləcəyini açıqlayıb.
KONKRET.az globalinfoaz-a istinadən xəbər verir ki, bu barədə o, seçkiqabağı görüşlərin birində çıxış edib.
“Bibər xarab olsa, mən onun pulunu ödəyəcəyəm, hökumət ödəyəcək. Amma bütün bunların nəticəsində Ermənistanda həm bibər istehsalı, həm də ixrac artacaq”, – deyə baş nazir vurğulayıb.
Onun sözlərinə görə, Rusiyaya ixrac zamanı yaranan bütün “ədalətsiz maneələr” səbəbindən zərər çəkən fermerlərə subsidiya veriləcək.
Bununla yanaşı, Paşinyan etiraf edib ki, bəzən erməni istehsalçıların göndərdiyi məhsullar arasında keyfiyyət standartlarına cavab verməyənlər də olur.
Xatırladaq ki, Rusiyanın kənd təsərrüfatı nəzarət qurumu “Rosselxoznadzor” mayın sonunda Ermənistandan bəzi tərəvəz və giləmeyvə məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq edib. Qadağa pomidor, xiyar, bibər, göyərti və çiyələyi əhatə edir. Rusiya tərəfi qərarı fitosanitar qaydaların pozulması və məhsulların təhlükəsizliyi ilə bağlı narahatlıqlarla əsaslandırıb.
Bu addım son günlər Moskva ilə İrəvan arasında artan siyasi və iqtisadi gərginlik fonunda atılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:209
Bu xəbər 02 İyun 2026 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















