Rusiyanın qara günləri başlayır: Tramp Kiyevə bu obyektləri vurmağa icazə verdi
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Rusiyaya qarşı uzaqmənzilli raket zərbələri endirmək üçün Ukraynanı kəşfiyyat məlumatları ilə təmin edəcək və həmçinin Kiyevə Kremlin sərhədlərinin dərinliklərindəki enerji infrastrukturlarına zərbə endirməyə icazə verəcək. ABŞ həmçinin Rusiya hədəflərini vurmağa imkan verəcək silahların göndərilməsi ehtimalını da nəzərdən keçirir.
Ölkə.Az xəbər verir ki, bu barədə “The Telegraph” yazır.
Nəşrin məlumatına görə, ABŞ həmçinin NATO müttəfiqlərindən də analoji dəstək vermələrini xahiş edir. Ukraynanın müharibə boyu ABŞ kəşfiyyatından faydalandığı bildirilir. Lakin Kiyev Kremli həyati vacib gəlirdən və neftdən məhrum etmək üçün Rusiyanın neft emalı zavodlarına, boru kəmərlərinə və elektrik stansiyalarına zərbələr endirmək üçün əlavə yardım istəyib.
ABŞ prezidenti Donald Tramp da öz növbəsində Avropa ölkələrini Moskvaya qarşı sərt sanksiyalara razılıq verməsi müqabilində Rusiya neftinin alınmasını dayandırmağa çağırır.
ABŞ həmçinin Ukraynanın əlavə hərbi yardım, o cümlədən Moskvanı və Qərbi Rusiyanın böyük hissəsini vura bilən 2500 km mənzilli “Tomaqavk” raketləri ilə bağlı müraciətini nəzərdən keçirir.
“The Telegraph” yazır ki, ABŞ ilk dəfə olaraq Ukraynanın Rusiya ərazisinin dərinliklərindəki enerji hədəflərinə uzun mənzilli raket zərbələri endirməsinə kömək edəcək. Enerji gəlirləri Kremlin hərbi əməliyyatlar üçün əsas maliyyə mənbəyi olaraq qalır.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 02 Oktyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















