Icma.az
close
up
RU
Rusiyanın qələbəsinə inananlar məyus olacaq...

Rusiyanın qələbəsinə inananlar məyus olacaq...

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Nurəddin İSMAYIL

Rusiya Prezidenti Vladimir Putin “İlin nəticələri” tədbirində yerli və xarici jurnalistlərin ona ünvanladığı sualları cavablandırarkən Ukrayna ilə danışıqlara və müharibənin tezliklə sona çatmasına ölkəsinin hazır olduğunu bildirib və qeyd edib ki, indi “top” Ukrayna və onun Avropa sponsorlarının tərəfindədir.

KQB şinelinə bürünmüş bu adamın ölkə və dünya ictimaiyyətinə altdan yedirtmək istədiyi fikir odur ki, bu qanlı müharibənin günahkarı, sən demə, Ukrayna və onun arxasında duran Avropadır. Rusiya tarixinin dünəni və bu gününü yaxından izləyən hər kəs yaxşı bilir ki, bu dövlətin ərazisi, yalnız özgə xalqların torpaqlarını işğal, ilhaq etmək hesabına genişlənərək, imperiya halına gəlmiş və zor gücünə hökmranlığı altına saldığı xalqları özünün qatı müstəmləkə siyasətinin qurbanına çevirmişdir.

Çar Rusiyası adlı 300 illik bir imperiyanın cildini dəyişərək, SSRİ adlı 70 illik digər imperiyaya transfer edilməsi, bu dövləti müvəqqəti olaraq tənəzzüldən xilas etsə də, iyirminci əsrin sonlarında dünyada gedən qlobal dəyişilmələr, iqtisadi böhranlar, yeni geosiyasi şərtlər dəmir pərdə ilə əhatəlnmiş bu ölkənin çöküşünü sürətləndirdi və tərkibinə zorla qatılmış respublikalar müstəqillik əldə etdi.

Lakin üstündən 30 ildən artıq keçməsinə baxmayaraq Rusiya isteblişmenti bu faktla barışmaq istəmir və onun üzücü imperiya siyasətindən qurtulub müstəqillik əldə edən dövlətləri təzədən öz təsir dairəsində saxlamaq istəyir. Keçmiş SSRİ məkanına daxil olan və müstəqil daxili və xarici siyasət yürütmək istəyən istənilən ölkə Putin hakimiyyətinin potensial düşməninə, hərbi hədəfinə çevrilir.

Bu hədəfin ilk nişangahı Avropaya inteqrasiya xəttini prioritet olaraq elan edən Gürcüstan oldu və özünün Abxaziya və Cənubi Osetiya kimi vacib subyektləri Rusiya tərəfindən işğala məruz qoyuldu. Avroatlantik məkana inteqrasiya xəttini götürən Ukrayna da həmin qayda ilə əvvəlcə Krımı, ardınca da digər subyektlərini itrmək zorunda qaldı. Rusiya onun təsir dairəsindən uzaqlaşmaq istəyən istənilən dövləti hədəfə çevirməkdən geri durmur. Öz əli ilə yaratdığı, iki yüz ildən artıq dövr ərzində onun vassalı rolunda çıxış edən Ermənistan Avropaya meyllənmə xətti götürər-götürməz Putin Rusiyasının qəzəbinə düçar oldu. Avropa evinə inteqrasiya məsələsində son dərəcə ehtiyatlı davranan, birlik üzvləri ilə yalnız ikili əlaqlərə üstünlük verən, Rusiya ilə münasibətlərində isə balans siyasətini gözləyən Azərbaycan da son beş ildə yeritdiyi müstəqil siyasətinə görə Putin rejiminin bu və ya digər formada hədəfinə çevrilmiş və bu ölkə Azərbaycanı tutduğu müstəqil yoldan döndərmək üşün hərbi, siyasi təzyiqlərə əl atmışdır.

Son vaxtlar Çinlə, Avropa ittifaqı ölkələri ilə iqtisadi maraqları naminə əlaqələr quran, təbii sərvətlərini dünya bazarına çıxarmaq cəhdi göstərən Mərkəzi Asiya türk dövlətləri də Putini dinc buraxmır. Bu ölkələr də onun siyasi elitasının şantaj, hədə-qorxu metodları ilə üz-üzə qalır.

Rusiya digər postsovet ölkəsi Moldovanı da öz təsir dairəsində saxlamaq məqsədi ilə onun bətninə “Dnestryanı Moldova Respublikası” adlı separatçı bir rejiminin toxumunu səpib və daim alovlanacaq bir münaqişə ocağının əsasını qoyub.

Demək ki, Ukraynaya qarşı müharibəni Rusiyanın başlatmadığı barədə Putinin illik hesabatda səsləndirdiyi fikir blefdir. Bu müharibə imperiya ambisyasını gerçəkləşdirmək üçün pusquda duran Rusiya tərəfindən 2014-cü ildə Krımın işğalı ilə başlamış və son üç ildə digər ərazilərin də işğal edilməsi ilə aktiv fazaya daxil olmuşdur.

Putinin son vaxtlar ağzını qamaşdıran, danışığına cəsarət tonu verən səbəb isə Trampın merkantil maraqlarından dolayı qoca Avropa və Ukrayna üzərindən Rusiya ilə bazarlaşma siyasətidir. Ancaq unutmaq lazım deyil ki, dünyaya meydan oxuyan ABŞ təkcə Trampdan, ətrafındakı ölkələrə əzələ nümayiş etdirən Rusiya da Putindən ibarət deyil. ABŞ siyasəti hər ilkin seçkidlərdə ölkə prezidentinin lehinə və əleyhinə olmaqla dəyişən siyasət üzərində qurulub və Trampın ticari maraqlar üzrə Putinə olan simpatiyası bu ölkənin siyasi, iqtisadi, hərbi bosslarında günün birində əks effekt verəcək. Rusiya isə apardığı qanlı müharibə, təcrid olunma siyasəti, tətbiq edilən ağır sanksiyalar, Avropa texnologiyasından uzaq düşmə nəticəsində iqtisadi geriləmə ilə hərtərəfli çöküş qarşısındadır.

Bizə isə Ukraynanın haqq işi, özünün müstəqilliyi, suveren hüquqları, ərazi bütövlüyü uğrunda mübarizədə qələbə çalacağına inam bəsləmək düşür. Qarabağ məsələsində bir sıra dövlətlərin, xüsusilə erməni himayədarı Rusiyanın barmağı var idi deyə, torpaqlarımızın işğaldan azad olmasına şübhə ilə yananaşanlar sonda yanıldığı kimi, Ukrayna müharibəsinin də Rusiyanın xeyrinə olacağına inananların da son anda yanıldığının şahidi olmağımıza az qalır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 Dekabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see308

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see258

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see246

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see196

Polşanın Brüsseldəki konsulluğuna boya atılıb

20 Dekabr 2025 15:22see164

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see157

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see150

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see149

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see146

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see145

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see144

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see142

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see140

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see139

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see137

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see131

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: “Bizdə nə müalicə alıb, nə də ölüb“ Yenilənib FOTO

20 Dekabr 2025 18:21see131

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri