Rusiyanın "Titan Barrikadı" zavodu vuruldu Video
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Ukrayna iyunun 27-nə keçən gecə Rusiyanın Volqoqrad şəhərindəki "Titan-Barrikadı" zavoduna zərbələr endirib.
Axar.az UNİAN-a istinadla xəbər verir ki, hücum nəticəsində müəssisənin ərazisində yanğın baş verib.
Məlumata görə, "Titan-Barrikadı" zavodu "İskəndər-M", "Topol-M" və "Yars" raket kompleksləri istehsal edən Rusiya hərbi-sənaye kompleksinin əsas müəssisələrindən biri hesab olunur.
Nəşr qeyd edib ki, hücum zamanı Ukraynanın uzaqmənzilli "Flaminqo" qanadlı raketlərindən istifadə etdiyi ehtimal olunur.
Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov təsdiqləyib ki, raket hücumu nəticəsində Volqoqradın Krasnooktyabrski rayonundakı müəssisələrdən birinin istehsal obyektləri zədələnib.
"Hazırda 10 nəfərin xəsarət aldığı məlumdur", - o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 27 İyun 2026 10:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















