Icma.az
close
up
RU
Rusiyanın regionları iri pilotsuz təyyarələrin hücumlarına məruz qalıb

Rusiyanın regionları iri pilotsuz təyyarələrin hücumlarına məruz qalıb

Icma.az, Oxumeni.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın regionları iri pilotsuz təyyarələrin hücumlarına məruz qalıb

Rusiya hakimiyyəti dronların beş gündür neft anbarında yanğının davam etdiyi Engels şəhərinə, həmçinin Saratov və Kazana yenidən zərbələr endirdiyini bildirib. Tula, Oryol və Rostov vilayətlərinin qubernatorları da genişmiqyaslı hücum barədə məlumat veriblər.

“Bu gün Saratov və Engels böyük bir dron hücumuna məruz qaldılar. Çoxlu sayda hədəf hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Hücum nəticəsində Saratov və Engelsdəki iki sənaye müəssisəsinə ziyan dəyib”, - Saratov vilayətinin qubernatoru Roman Busargin bildirib.

Rusiyanın Teleqram kanalları yerli sakinlərə istinadən və yanğının videosunu dərc edərək yazır ki, dronun hədəfi yenə Engelsin cənub hissəsindəki Kristall zavodunun neft bazası olub. Saratovda Saratovnefteprodukt neft emalı zavodunda yanğın baş verib.

Yanvarın 8-də Engesə pilotsuz təyyarənin hücumundan sonra neft bazasında böyük yanğın baş verdi, ancaq yanvarın 13-də bu yanğının qarşısı alındı. Qubernator əvvəlki hesabatlarında təfərrüatlara varmadan bazanı “sənaye müəssisəsi” adlandırıb və media onu Ukraynada hava hücumları üçün istifadə edilən strateji aviasiya aerodromu ilə əlaqələndirib.

Saratov və Engels şəhərlərindəki məktəblərdə dərslər çərşənbə axşamı distant rejimdə keçiriləcək.

Pilotsuz təyyarə hücumuna məruz qalan Kazan şəhərətrafı bölgəsindəkiyanacaqdoldurma obyektində də yanğın baş verib.

“Bu gün səhər saat 05:20-də Kazan ətrafında bir pilotsuz uçuş aparatının hücumu nəticəsində qaz anbarında yanğın baş verib”, - deyə Tatarıstan rəhbərinin mətbuat xidməti məlumat yayıb.

“Veçernyaya Kazan” anonim mənbələrə istinadən xəbər verir ki, pilotsuz təyyarə Kazan maye qaz bazasına zərbə endirib.

Tula vilayətinin rəhbəri Dmitri Milyaev özünün Telegram kanalında pilotsuz təyyarələrin gecə saatlarında genişmiqyaslı hücumu barədə yazıb. Qubernator bildirib ki, Aleksin şəhərində pilotsuz uçan aparat dağıntılarının düşməsindən sonra "bir neçə avtomobilə və yardımçı tikililərə ziyan dəyib", lakin itki yoxdur.

Oryol vilayətinin qubernatoru Andrey Klıçkov 17 Ukrayna pilotsuz təyyarəsinin vurulduğunu açıqlayıb. O, teleqramında yazıb: “Biz dağıntıların və tələfatların qarşısını ala bildik.

Qubernator səlahiyyətlərini icra edən Yuri Slyusar, Rostov vilayətində 14 pilotsuz təyyarənin "elektron müharibə vasitəsi ilə məhv edildiyini", heç bir itki və dağıntı olmadığını söylədi.

Voronej vilayətinin başçısı Aleksandr Qusev “bir neçə” pilotsuz təyyarənin məhv edilməsindən danışıb.

SBU-dakı bir mənbə "genişmiqyaslı yanğının qeydə alındığı" Saratov neft emalı zavoduna hücum barədə məlumat verdi. O, həmçinin bazar ertəsi axşam medianın yazdığı Bryansk kimya zavoduna hücum barədə məlumat verib.

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Bryansk bölgəsindəki hədəflərə ballistik raket zərbələri endirib. Müdafiə Nazirliyi Saratov, Engels, Kazan və Tulaya hücumlar barədə heç bir məlumat verməyib.

"Uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə" Kazan, Saratov, Tambov, Penza, Ulyanovsk, Nijnekamsk, İjevsk və Ufada hava limanlarının fəaliyyəti dron hücumu zamanı dayandırılıb.

Əziz Mustafa, Oxuməni.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 14 Yanvar 2025 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri