Rusiyanın regionlarına PUA hücumları nəticəsində yanğınlar baş verib və xəsarət alan var
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Moskva, 6 oktyabr, AZƏRTAC
Rusiya Müdafiə Nazirliyi oktyabrın 6-na keçən gecə hava hücumundan müdafiə sistemlərinin ölkənin müxtəlif bölgələri üzərində Ukraynanın 251 pilotsuz uçuş aparatını vurduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, Nijni-Novqorod vilayətinin qubernatoru Aleksandr Nikitinin sözlərinə görə, vurulan pilotsuz uçuş aparatlarının qalıqlarının düşməsi nəticəsində bir nəfər xəsarət alıb. Bir neçə şəhər və kənddə fərdi yaşayış evlərində lokal yanğınlar qeydə alınıb, amma onlar tez bir zamanda söndürülüb. Yaşayış binalarının pəncərələri və yanacaqdoldurma məntəqəsinin dam örtüyü də zədələnib. Moskva meri Sergey Sobyanin qeyd edib ki, Moskva vilayətində dağıntıların olduğu yerdə təcili xidmətlər işləyir.
Bundan əlavə, Krasnodar diyarında pilotsuz uçuş aparatlarının qalıqları Tuapse Neft Emalı Zavodunun ərazisinə düşüb, iki nəfər yaralanıb və zavodun təhlükəsizlik idarəsində yanğın başlayıb. Tuapse rayonunun Dederkoy kəndində dron parçaları yanğına səbəb olub və yaşayış binasının şüşələrini zədələyib. Xəsarət alan olmayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 06 Oktyabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















