Rusiyanın Xarkova PUA hücumu nəticəsində 4 nəfər ölüb, 17 yaralı var YENİLƏNİB
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Noyabrın 23-də axşam saatlarında Rusiya ordusu Xarkova kütləvi PUA hücumu həyata keçirib.
APA xəbər verir ki, bu barədə şəhər meri İqor Terexov bu barədə Telegram-da məlumat verib.
Onun sözlərinə görə, hadisə nəticəsində 4 nəfər ölüb, yaralıların sayı 17 nəfərə yüksəlib.
***
02:50
Xarkovda bir-birinin ardınca baş verən partlayışlardan sonra güclü yanğın qeydə alınıb.
APA xəbər verir ki, bu baradə "Strana.ua" məlumat yayıb.
Qeyd olunub ki, şəhərdə energetika infrastrukturuna məxsus obyekt də zədələnib. Yanğının miqyası və mümkün itkilər barədə əlavə məlumat açıqlanmayıb.
****
00:38
Ukraynanın Xarkov şəhəri Rusiyanın zərbə dronlarının hücumuna məruz qalıb.
APA xəbər verir ki, bu barədə şəhər meri İqor Terexov məlumat yayıb.
Xarkovun meri əlavə edib ki, düşmən dronu şəhərdəki fərdi yaşayış evlərindən birinə düşüb.
Xarkov Vilayət Administrasiyasının rəhbəri Oleq Sinequbovun sözlərinə görə, düşmən PUA-sı Saltovsk rayonuna düşüb.
Zərərçəkənlər və dağıntıların miqyası barədə məlumat yoxdur.
Monitorinq kanallarının məlumatına əsasən, 20-dən çox “Geran-2” tipli kamikadze dronunun Xarkov və Kramatorsk istiqamətində uçuşu qeydə alınıb. Ekspertlər hücum təhlükəsinin hələ də aktual olduğunu bildirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 24 Noyabr 2025 08:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















