Rusiyanın restoran mükafatı Azərbaycan bazarına çıxmaq istəyir KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
Rusiyanın “WhereToEat” restoran mükafatı bu il Azərbaycan, Ermənistan və Gürcüstan bazarlarına çıxmaq niyyətindədir.
KONKRET.az xəbər verir ki, bu barədə restoran mükafatının inkişafı üzrə direktoru Andrey Smirnov mətbuat konfransında bildirib.
O, həmçinin 2026-cı ildə Moskvada keçmiş Sovet İttifaqının demək olar ki, bütün respublikalarından restoranların dəvət ediləcəyi beynəlxalq mükafatın keçiriləcəyini açıqlayıb.
“Nəticədə, bütün bu ərazidə restoranların vahid reytinqi tərtib ediləcək”, Smirnov əlavə edib.
O, bu il tədbirin ilk dəfə Belarusda keçiriləcəyinə də aydınlıq gətirib:
“Mükafatlandırma mərasimi aprelin 8-də baş tutacaq. Bu ölkənin ən yaxşı restoranlarının uzun siyahısına 12 şəhərdən 200-dən çox müəssisə daxil edilib”.
Xatırladaq ki, WhereToEat qastronomiya mədəniyyəti sahəsində illik ümumrusiya mükafatıdır.
Mövcud olduğu 12 il ərzində Rusiyanın bütün bölgələrini əhatə edib. Mərasim 2023-cü ilin noyabrında Qazaxıstanda baş tutub və beynəlxalq status alıb.
Günel Mikayılova,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 11 Mart 2025 20:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















