Icma.az
close
up
RU
Rusiyanın sülhpərvər imic çabaları boşa çıxır Heç kim Moskvanın dəstəyinə ehtiyac duymur

Rusiyanın sülhpərvər imic çabaları boşa çıxır Heç kim Moskvanın dəstəyinə ehtiyac duymur

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Rusiya Ukraynaya qarşı işğalçı müharibə fonunda özünü həm də “sülhpərvər vasitəçi” kimi göstərmək istəyir”. 

“AzPolitika” xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında yazıb.

“Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Araqçi ilə Moskvada keçirdiyi son görüşdə bildirib ki, nüvə məsələsinin həllində Kreml Tehranla Vaşinqton arasında vasitəçi olmağa hazırdır”, – deyə təhlilçi əlavə edib.

Onun sözlərinə görə, eyni gündə oxşar açıqlama Lavrovun müavini Mixail Qaluzindən gəlib: “Rusiyalı diplomat Ermənistan Parlamentinin sədr müavini və Türkiyə ilə danışıqlarda ölkəsini təmsil edən Ruben Rubinyanla telefonla danışıb. Qaluzin Rusiyanın Ermənistanın Türkiyə ilə dialoquna dəstək verməyə hazır olduğunu bildirib. Bura Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın tez-tez təkrarladığı “Rusiya Azərbaycanla Ermənistan arasındakı danışıqlarda vasitəçi olmağa hazırdır” fikrini də əlavə etsək, Kremlin ən azı üç danışıqlar formatında iştirak etmək istədiyi aydınlaşır”.

E. Şahinoğlu vurğulayır ki, buna baxmayaraq, hələ ki, adları sadalanan heç bir ölkə vasitəçi təklifi ilə Kremlə müraciət etməyib. O, xatırladır ki, ABŞ və İran diplomatları arasında danışıqlar Omanda həyata keçirilir, Türkiyə və Ermənistan diplomatları arasındakı görüşlər isə Ankara və İrəvanda baş tutur.

“Ermənistanla Azərbaycan arasında danışıqlara gəldikdə isə xüsusi vasitəçiyə ehtiyac yoxdur, hər iki tərəf birbaşa danışıqlara üstünlük verir, lazım gəldikdə Tbilisidə də görüşmək mümkündür”, – ekspert qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:286
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Aprel 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri