Icma.az
close
up
RU
Rusiyanın tələblərini əks etdirən bir memorandum təqdim etmişdi POLİTOLOQ ŞƏRH ETDİ

Rusiyanın tələblərini əks etdirən bir memorandum təqdim etmişdi POLİTOLOQ ŞƏRH ETDİ

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Rusiya–Ukrayna müharibəsində vəziyyət ciddi hadisələr baş verməsə belə, dramatik şəkildə dəyişə bilər. Yəni tərəflərdən hər hansı birinin iddialarından geri çəkilməsi, Rusiyanın maksimalist tələblərindən imtina etməsi və yaxud da Ukraynanın Rusiyanın tələbləri qarşısında razılaşmasını təmin edəcək proseslər, hadisələr baş verməmişdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Onun sözlərinə görə, iki gün əvvəl Ukrayna əks-kəşfiyyat xidmətinin həyata keçirdiyi əməliyyat Rusiya–Ukrayna müharibəsi dövründə Ukraynanın azsaylı uğurlarındandır və çox ciddi addım kimi qiymətləndirilə bilər: "Amma çox təəssüf ki, bunlar epizodik xarakter daşıyır, taktiki gedişlərdir və Rusiya–Ukrayna müharibəsinin strateji baxımdan yekunlaşmasına xidmət edə biləcək hücumlar deyildir. Bu hücumların doğurduğu nəticələr Rusiyanı geri çəkilməyə və ya tələblərini azaltmağa məcbur etməyib. Ümumiyyətlə, Ukraynanın bu cür əməliyyatlarının effektiv və nəticəverici olması üçün onlar planlı, ardıcıl və davamlı xarakter daşımalıdır. Hesab edirəm ki, qarşıdakı günlərdə və ya həftələrdə bu cür effektiv hücumların bir neçəsini müşahidə etsək, bu, Rusiyanı geri çəkilməyə, problemi sülh yolu ilə, danışıqlar vasitəsilə həll etməyə məcbur edə bilər. Amma əgər bu hücumlar epizodik, təsadüfi xarakterli olacaqsa və davamlı olmayacaqsa, əksinə, Rusiyanı daha da aqressivləşdirəcək, onu daha maksimalist tələblərlə çıxış etməyə təşviq edəcəkdir.

İstanbulda keçirilən görüşlərin nəticəsi olaraq Rusiya tərəfi Ukrayna tərəfinə, xüsusən də atəşkəs və sülh danışıqları ilə bağlı, Rusiyanın tələblərini əks etdirən bir memorandum təqdim etmişdi. Bu memorandumla tanış olduqda açıq şəkildə görünür ki, Rusiya indiki mərhələdə müharibənin sülh yolu ilə bitməsini istəmir. Çünki o, sadəcə maksimalist yox, hətta absurd tələblər irəli sürür – bu tələblər nə Ukrayna, nə də başqa hansısa tərəf tərəfindən qəbul edilə biləcək şərtlər deyil. Əslində, bu davranışla Rusiya “sülh danışığı aparmaq istəmirəm” demək istəyir, sülhə hazır olmadığını göstərir və müharibəni davam etdirməkdə maraqlı olduğunu nümayiş etdirir".

Politoloq sözlərinə davam edərək bildirdi ki, hesab edirəm ki, 2025-ci ilin yanvar ayından bəri ABŞ administrasiyasının buraxdığı bir sıra səhvlər – xüsusilə də müharibənin başlanmasına səbəb olan əvvəlki səhvlərin davamı kimi – və Tramp administrasiyasının yanlış siyasəti, Rusiyanın müdafiəsinə və ya Rusiyaya uyğun gələn yumşaq mövqe sərgiləməsi nəticə etibarilə Rusiyanın özünü daha rahat hiss etməsinə gətirib çıxarmışdır: "Rusiya özünü 2024-cü ilin sonları ilə müqayisədə daha arxayın hiss edir və buna görə də müharibəni davam etdirmək istəyir. Çətin də olsa, demək olar ki, hər gün Ukraynanın hansısa yaşayış məntəqəsi işğal olunur, ələ keçirilir. Bundan ruhlanan və eyni zamanda Qərbin, xüsusən də ABŞ-ın Rusiyaya münasibətdə bir qədər ehtiyatlı və çəkinkən siyasətindən motivasiya alan Rusiya müharibəni hələ ki, bitirmək istəmir.

Ümumiyyətlə, müharibənin bu il sülh yolu ilə başa çatması üçün iki əsas şərtdən biri yerinə yetirilməlidir: ya Rusiya elə bir vəziyyətə gətirilməlidir ki, irəli sürdüyü maksimalist və absurd şərtlərdən imtina etsin, ya da Ukraynaya təzyiqlər o qədər davam etdirilməlidir ki, mövcud hakimiyyət Rusiyanın şərtləri ilə barışmaq məcburiyyətində qalsın. Üçüncü bir variant mövcud deyil. Bu iki variantdan imtina edilməsi, yəni onların heç birinin reallaşmaması, yalnız üçüncü yolu – müharibənin davam etməsini – zəruri edir. Hesab edirəm ki, indiki mərhələdə bu, Ukrayna üçün məqbul variant deyil. Çünki Qərbdən dəstək kifayət qədər zəifdir, ABŞ isə dəstəyini davam etdirmək niyyətində deyil. Rusiya isə Ukraynaya qarşı hücumlarını artırmaqdadır və yay aylarında daha əlverişli şərait, imkanlar qazanaraq hərbi əməliyyatlarını daha da genişləndirmək və ciddi nəticələr əldə etmək niyyətindədir. Bu isə, təəssüf ki, Ukraynanın düşdüyü mövcud vəziyyəti daha da ağırlaşdıracaqdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 İyun 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see252

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see241

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see232

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see206

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see189

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see181

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see171

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see153

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see152

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see151

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see142

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see141

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see136

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri