Rusiyanın təsir dairəsi ndəki Avrasiya İqtisadi İttifaqına Gürcüstanın qoşulma ehtimalı real görünmür
Icma.az bildirir, Bizimyol portalına istinadən.
Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Gürcüstandakı indiki hökumət Rusiya ilə müəyyən dərəcədə yaxınlıq edə bilər, ancaq Gürcüstanın Avrasiya İqtisadi İttifaqına qoşulma ehtimalı o qədər real görünmür: “Gürcüstan o qədər müstəqil və yaxud da suveren addım ata biləcək dövlət deyil. Digər bir tərəfdən Gürcüstan ərazisi Rusiya tərəfindən 2008-ci ildə işğal edilərək və ilhaq edildi. Bu ittifaqa qoşulmaq Gürcüstan cəmiyyətinə ciddi bir narazılıq və etiraza səbəb ola bilər və bu riskə getmək də o qədər asan məsələ deyil”.
Samir Hümbətov
Samir Hümbətov qeyd edib ki, Qərb dövlətlərinin Rusiya və Gürcüstanla bağlı mövqeyi tamam fərqlidir.
“Rusiya istəyir ki, Cənubi Qafqazı özünə tərəf çəksin. Azərbaycan heç bir formada bununla bağlı düşünmək istəmir. Çünki Azərbaycanın mövqeyi tam şəkildə müstəqil xarici siyasət yürütməkdir. Avrasiya İqtisadi Birliyində daha çox Rusiyanın diktəsi var və Rusiyanın istəkləri üzərində formalaşan bir siyasət var. İstər siyasi, istər iqtisadi, istər təhlükəsizlik baxımından ittifaq daxilində Rusiyanın diktəsi mövcuddur. Azərbaycan da bunu qəbul etmək istəmir və qəbul etmir. Azərbaycan sərbəst, iqtisadi baxımdan tamamilə müstəqil davranmağa üstünlük verir.
Bu gün Azərbaycanın Türkiyə. Qərb və Çinlə əlaqələri Rusiyanın ən çox narahat olduğu mövzulardandır. Təbii ki, Rusiya bu əlaqələrə müdaxilə etməyə çalışır. Amma bu təzyiq Azərbaycana da, Gürcüstana da ciddi mənada təsir etmir.
Bilirsiniz ki, Azərbaycanın Gürcüstan üzərində ciddi bir təsiri də var. Gürcüstan Azərbaycanın razılığı olmadan Avrasiya İttifaqına hansısa formada qoşula biləcəyi hələ ki, real görünmür”-deyə Samir Hümbətov bildirib.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 30 Dekabr 2025 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















