Icma.az
close
up
RU
Rusiyanın üç şəhərində hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib Xəbər saytı Son xəbərlər və Hadisələr

Rusiyanın üç şəhərində hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib Xəbər saytı Son xəbərlər və Hadisələr

Rusiyada Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

BAKU.WS xəbər verir ki, bu barədə Rosaviatsiya nümayəndəsi Artem Korenyako Telegram kanalında məlumat verib.

Bildirilib ki, sözügedən limanlar müvəqqəti olaraq uçuşları qəbul etmir və göndərmirlər.

"Mülki hava gəmilərinin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün bu gün səhər saatlarında aşağıdakı hava limanlarında təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib: Kazan, Nijnekamsk, "Ulyanovsk", - deyə məlumatda qeyd olunub.

Korenyako əlavə edib ki, təyyarənin ekipajları, hava hərəkəti dispetçerləri və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür.

seeBaxış sayı:29
embedMənbə:https://baku.ws
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri