“Rusiyanın Ukraynanı tam işğal etməsi üçün 89 ilə ehtiyacı var... The Economist”
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin gedişatı, hətta son 30 gündə qeydə alınan nisbətən sürətli irəliləyiş templəri belə saxlanılarsa, Rusiya ordusuna Ukraynanın tam işğalı üçün 89 il lazım olacaq.
"AzPolitika" xəbər verir ki, bu barədə "The Economist" jurnalında yayımlanan materialda bildirilir.
Jurnalda qeyd olunur ki, hazırda Ukraynanın nəzarətində olan dörd regionun bir hissəsini ələ keçirmək üçün belə Rusiyaya ən yaxşı halda 2029-cu ilin fevralına qədər vaxt lazım olacaq.
“Putin görünür ümidsizliyə qapılmayıb. Rusiya ordusu aylıq 10–15 min nəfər əlavə şəxsi heyət toplayır. Bu, əsasən yüksək maaşlar və imza bonusları ilə təmin edilir. Halbuki Ukraynada səfərbərlik cəmiyyətdə narahatlıq doğurur", -deyə məlumatda qeyd olunur.
"The Economist"in hesablamalarına görə, 9 iyul 2025 tarixinə qədər Rusiyanın ümumi itkiləri 900 min – 1,3 milyon nəfər arasında dəyişir. Onlardan 190 min – 350 min nəfərin həlak olduğu ehtimal olunur. Jurnal əlavə edir ki, 1 mayda başlayan yay hücumu zamanı təxminən 31 min rus hərbçi ölmüş ola bilər. Ukraynanın itkiləri ilə bağlı dəqiq rəqəmlər olmasa da, "UALosses" platformasının məlumatlarına əsasən, Ukrayna Silahlı Qüvvələrinin itkiləri 73 min – 140 min arasında qiymətləndirilir.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 10 İyul 2025 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















