Icma.az
close
up
RU
Rusiyanın Ukraynaya atdığı ballistik raket nəyə qadirdir? TÜKÜRPƏDİCİ FAKTLAR

Rusiyanın Ukraynaya atdığı ballistik raket nəyə qadirdir? TÜKÜRPƏDİCİ FAKTLAR

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Son günlər Rusiya-Ukrayna savaşında artan gərginlikdən sonra Rusiya prezidenti Vladimir Putin Ukraynanın ballistik raketlə vurulduğunu bildirib. Bəzi Qərb rəsmiləri bunun qitələrarası ballistik raket olduğundan şübhələndiklərini desələr də, Putin bunun eksperimental ballistik raket olduğunu bəyan edib.

Hazırda hər kəsi bu suallar düşündürür: Rusiyanın eksperimental ballistik raket hücumu haqqında nə məlumdur? Ümumiyyətlə, qitələrarası ballistik raket “İntercontinental Ballistic Missile” (ICBM) nədir?

Qitələrarası ballistik raketlər adından da göründüyü kimi, döyüş başlıqlarını çox uzun məsafələrə göndərmək üçün nəzərdə tutulmuş silahlardır. Hər bir raket birdən çox döyüş başlığı ilə təchiz oluna, müstəqil şəkildə hərəkət edə və müxtəlif hədəfləri tapa bilər.

Sovet İttifaqı 1957-ci ilin avqustunda ICBM-ləri sınaqdan keçirən ilk ölkə olub. İndi Rusiyadan başqa, ABŞ və Çində qurudan buraxılan ICBM-lərin böyük ehtiyatları var. Britaniya, Fransa, Hindistan, İsrail və Şimali Koreyada isə qurudan və ya sualtı qayıqlardan buraxılan belə raketlərin sayı daha azdır. ICBM-lər oxşar döyüş başlıqlarını daşıya bilən digər ballistik raketlərdən daha böyük məsafə və sürətə malikdir.

ABŞ ordusu Rusiya raketinin dizaynının bu ölkənin daha uzun mənzilli “RS-26 Rubej” qitələrarası ballistik raketinin dizaynına əsaslandığını bildirib. Rəsmilər bu raketin eksperimental olduğunu və Rusiyanın az sayda belə raketlərə malik olduğunu hesab edirlər.

Qeyd edək ki, Rusiya hücumdan əvvəl bu barədə ABŞ-ı məlumatlandırıb. Pentaqon raketin adi döyüş başlığı ilə atıldığını, lakin Moskvanın istəsə onu dəyişə biləcəyini bəyan edib.

“Rusiyanın eksperimental ballistik raket buraxdığını təsdiq edə bilərəm. Bu, “RS-26 Rubej” tipli ICBM adlı qitələrarası ballistik raketdir”, - deyə Pentaqonun sözçüsü bildirib.

Standart tərifə görə, qitələrarası ballistik raketlər 5500 kilometrdən çox uçuş məsafəsinə malik olmalıdır. Ehtimal olunur ki, Rusiya raketi ölkənin cənubundakı Həştərxan vilayətindən atıb. Rusiya ICBM-lərinin uçuş məsafəsi 10 min kilometri keçə bilər. Belə ki, nəzəri cəhətdən bu bölgədən atılan raketlər ABŞ-ın şərq sahillərinə çata bilər.

“Guardian”a danışan Beynəlxalq Strateji Araşdırmalar İnstitutundan Timoti Rayt qeyd edib ki, Rusiyanın yeni raketlər hazırlaması NATO ölkələrində hansı hava hücumundan müdafiə sistemlərinin alınması və hansı hücum imkanlarının həyata keçirilməsi ilə bağlı qərarlara təsir edə bilər.

Son günlər ABŞ-ın Polşadakı bazasında fəallığın artması Kremlin reaksiyasına səbəb olub. Rusiya prezidenti Vladimir Putin Ukraynaya hücumun son günlər ABŞ-ın Polşadakı bazasında aktivliyin artması ilə bağlı olmadığını iddia edib.

Putin çıxışında ABŞ prezidenti Co Bayden administrasiyasının təsdiqindən sonra Ukraynanın noyabrın 19-da Rusiyanı ABŞ istehsalı olan ATACMS və noyabrın 21-də İngiltərənin “Storm Shadow” raketləri ilə vurduğunu bildirib./publika.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 22 Noyabr 2024 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri