Icma.az
close
up
RU
AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun yaranmasının 90 illiyinə həsr olunmuş "Ədəbiyyatşünaslıqda müasir problemlər" mövzusunda XVIII beynəlxalq simpozium keçirilib.

525.az xəbər verir ki, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində keçirilən təntənəli açılış mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, TDU-nun rektoru, akademik Caba Samuşiya və Gürcüstanın təhsil, elm və gənclər nazirinin müavini elmlər doktoru Zviad Qabisoniya, TDU-nun humanitar fakültəsinin dekanı, professor Darecan Tvaltvadze, TDU-nun professoru, akademik Elquca Xintibidze və Gürcüstan Milli Kitabxanasının direktoru, elmlər doktoru Konstantine Qamsaxurdiya giriş nitqləri ilə çıxış ediblər. Çıxışlarda regional və beynəlxalq akademik əməkdaşlıq perspektivləri diqqət mərkəzində olub.

Simpoziumun açılış mərasimində Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru, professor İrma Ratianinin "Gürcü Ədəbiyyatı İnstitutu – 90 il: Yol və əsas mərhələlər" mövzusunda geniş məruzəsi dinlənilib.

Plenar iclasda Tokio Universitetinin professoru Qikaru Fuci məruzə ilə çıxış edib.

Tədbir çərçivəsində qonaqlar universitetin muzeyində institutun yubileyinə həsr olunmuş "Ədəbiyyat İnstitutu: Tarixlər və fotoşəkillər" adlı kitabın təqdimatı və foto-sərgi ilə tanış olublar.

Tədbirin ikinci günü Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun iclas zalında "Milli ədəbiyyatlar üzrə tədqiqat mərkəzləri arasında akademik əməkdaşlıq və onun perspektivləri" mövzusunda mühüm dəyirmi masa müzakirəsi təşkil olunub.

Professor İrma Ratianinin moderatorluğu ilə keçən iclasda dünya alimləri və regionun elm xadimləri bir araya gəlib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli geniş məruzə ilə çıxış edib. Çoxillik tarixi ənənələrə malik Azərbaycan-Gürcüstan elmi əlaqələrinin yüksək səviyyədə davam etdirildiyini deyən akademik İsa Həbibbəyli birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlərdən ətraflı bəhs edib. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstututu ilə Çota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstututunun elmi əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Tədbir panel iclasları ilə davam etdirilib. Azərbaycan və Gürcüstanla yanaşı, Türkiyə, Özbəkistan, Yaponiya, Rusiya, Fransa, Bolqarıstan, Polşa, Ukrayna, Litva, Latviya, Sloveniya, Serbiya və başqa ölkələrdən tanınmış tədqiqatçı alimlərin iştirak etdiyi beynəlxalq simpoziumda 130-dan çox elmi məruzə dinlənilib.

Çıxışlar zamanı milli ədəbiyyatların beynəlxalq müstəvidə birgə tədqiqi, institutlararası elmi mübadilə proqramları və gələcək birgə layihələrin həyata keçirilməsi məsələləri ətraflı müzakirə olunub.

Mədəni proqram çərçivəsində qonaqlar Gürcüstanın tarixi Msxeta şəhərini də ziyarət ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Sentyabr 2026 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri