Rusiyaya işləməyə gedənlərin nəzərinə: Qara siyahı yaradılır
Icma.az, Sonxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya Baş naziri Mixail Mişustin qanun pozuntusu törədən miqrantlar üçün nəzarət edilən şəxslərin reyestrinin yaradılması haqqında qərar imzalayıb.
Oxu.Az-ın məlumatına görə, sənəd hüquqi məlumatların rəsmi internet portalında dərc edilib.
Qərara əsasən, Rusiya Daxili İşlər Nazirliyi miqrasiya uçotunun dövlət informasiya sistemindən istifadə edərək qanun pozuntusu törədən miqrantların xüsusi reyestrini aparacaq. Reyestrin yaradılması iki mərhələdə həyata keçiriləcək.
Birinci mərhələdə DİN əcnəbi vətəndaşlar tərəfindən törədilmiş pozuntular haqqında mövcud məlumatları reyestrə daxil edəcək.
İkinci mərhələdə reyestr istifadəyə veriləcək; dövlət orqanları və digər istifadəçilər ona çıxış əldə edəcəklər.
Reyestrə daxil edildikdən sonra qanun pozuntusu törədən miqrantlar DİN-in icazəsi olmadan yaşayış yerini dəyişə, yaşadıqları Rusiya subyekti və ya bələdiyyə qurumundan kənara çıxa bilməyəcəklər.
Bundan əlavə, onlar nəqliyyat vasitələrini idarə edə, sürücülük vəsiqəsi ala, daşınmaz əmlak və avtomobillə bağlı əqdlər bağlaya bilməyəcəklər.
"Qara siyahı"ya düşən miqrantlara, həmçinin nikah bağlamaq, hüquqi şəxslər qeydiyyatdan keçirmək, kredit götürmək, bank hesabları açmaq və pul köçürmələri həyata keçirmək qadağan olunacaq.
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 31 Dekabr 2024 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















