“Rusiyaya məxsus iki tankeri Türkiyə sahillərində Ukrayna bombalayıb” − KİV
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Rusiyanın kölgə donanmasına aid olan “Kairos” və “Virat” neft tankerləri Qara dənizdə Türkiyə sahillərində Ukrayna Təhlükəsizlik Xidmətinin “Sea Baby” dəniz pilotsuz təyyarələri tərəfindən vurulub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, tankerlər Ukrayna Təhlükəsizlik Xidmətinin Hərbi əks-kəşfiyyatın 13-cü Baş İdarəsi ilə Ukrayna Hərbi Dəniz Qüvvələrinin birgə əməliyyatı çərçivəsində partladılıb.
Mənbənin sözlərinə görə, tankerlərə ciddi ziyan dəyib və faktiki olaraq istismardan çıxarılıb. Gəmilər boş halda Novorossiysk limanına gedirmiş.
“Sea Baby” dəniz qüvvələrinin pilotsuz təyyarələri təxminən 70 milyon dollar dəyərində neft daşıya bilən və Kremlə beynəlxalq sanksiyalardan yan keçməyə kömək edən gəmiləri sıradan çıxarıb”, - SBU mənbəsi qeyd edib.
Xatırladaq ki, ötən gün KİV “Kairos” və “Virat” tankerlərində partlayışlar və yanğınlar barədə məlumat yayıb. Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi hər iki gəminin ekipajını təhlükəsiz şəkildə təxliyyə etdiyini bildirib. Nəqliyyat Nazirliyinin məlumatına görə, noyabrın 29-da səhər saatlarında “Virat” tankeri yenidən hücuma məruz qalıb və onun sağ tərəfinə cüzi ziyan dəyib.
Bu mövzuda digər xəbərlər:Türkiyə sahillərində Rusiyaya məxsus tankerdə kütləvi zəhərlənmə olub
08 Dekabr 2025 17:23
KİV: Türkiyədə Rusiyaya məxsus tankerləri Ukrayna PUA ları vurub
01 Dekabr 2025 09:57
Türkiyə Ukrayna və Rusiyaya çağırış etdi
04 Dekabr 2025 10:57
Rusiyaya məxsus iki neft tankeri batdı Video
15 Dekabr 2024 17:57
Rusiyaya məxsus tanker Qara dənizin Türkiyə sahillərində hücuma məruz qaldı
08 Dekabr 2025 23:22
Baxış sayı:111
Bu xəbər 29 Noyabr 2025 18:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















