Rusiyaya pul köçürmələri niyə dayandırıldı? AMB dən açıqlama
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycandan Rusiyaya "Zolotaya Korona" ödəniş sistemi vasitəsilə pul köçürmələrinin dayandırılması ilə bağlı qərarlar banklar və ödəniş sistemləri arasında qarşılıqlı razılaşma əsasında qəbul edilir və Azərbaycan Mərkəzi Bankı (AMB) bu münasibətlərə müdaxilə etmir.
Milli.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Mərkəzi Bankdan bildirilib.
"Banklar ilə ödəniş sistemləri arasında əməkdaşlıq tərəflər arasında qarşılıqlı razılaşma əsasında həyata keçirilir və Mərkəzi Bank bu münasibətlərə müdaxilə etmir. Banklarla onların tərəfdaşları arasında münasibətlərə dair qərarlar yerli qanunvericiliyin tələbləri və müxtəlif risk faktorları nəzərə alınmaqla banklar tərəfindən müstəqil surətdə qəbul edilir", - deyə AMB-dən qeyd olunub.
Mərkəzi Bank həmçinin məsələ ilə bağlı aidiyyəti üzrə ödəniş sisteminin fəaliyyətini təmin edən təşkilata və ya həmin ödəniş sistemi ilə işgüzar münasibətləri olmuş banklara müraciət edilməsini tövsiyə edib.
Qeyd edək ki, son günlər mediada Azərbaycandan Rusiyaya "Zolotaya Korona" ödəniş sistemi vasitəsilə pul köçürmələrinin müvəqqəti dayandırıldığı barədə məlumatlar yayılıb. Bir sıra banklar xidmətin texniki səbəblərdən əlçatan olmadığını bildiriblər. "Unibank" və "Yelo Bank" "Zolotaya Korona" sistemi ilə əməkdaşlığın davam etdiyini, lakin xidmətdə yaranmış texniki problemlər səbəbindən hazırda Rusiya istiqamətində pul köçürmələrinin müvəqqəti həyata keçirilmədiyini bildiriblər. Ödəniş sisteminin rəsmi saytında da Azərbaycan həm pul göndərən, həm də pul qəbul edən ölkələr siyahısında yer almır.
Məlumatlarda qeyd olunub ki, bu məhdudiyyət Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi 21-ci sanksiyalar paketindən sonra tətbiq edilib. Həmin sanksiyalar çərçivəsində "Zolotaya Korona" ödəniş sisteminin operatoru olan Rusiyanın "Platejnıy Sentr" ("Платежный центр") qeyri-bank kredit təşkilatı da sanksiya siyahısına daxil edilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 06 Avqust 2026 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















