Icma.az
close
up
RU
Rusiyaya qarşı növbəti sanksiya paketinin təsiri olacaqmı? AÇIQLAMA

Rusiyaya qarşı növbəti sanksiya paketinin təsiri olacaqmı? AÇIQLAMA

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyanın kölgə donanmasını da hədəf alan 15-ci sanksiyalar paketi ilə bağlı razılığa gəlib.

Bakıvaxtı.az-ın məlumatına görə, yeni paketin mövcud sanksiya siyahısına daha çox fərd və təşkilatların əlavə edildiyi açıqlanıb. Yeni sanksiya qərarı ilə bağlı Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib ki, Avropa İttifaqı sanksiyalarla geosiyasi məqsədə çata bilməyəcək.

O, açıqlamasında “Aİ-nin ölkəmizə tətbiq etdiyi müxtəlif növ sanksiyalardan vurduğu zərər 1,5 trilyon avronu keçir. Buna baxmayaraq, Rusiya iqtisadi əlaqələri inkişaf etdirmək istəyən ölkələrlə işləməyə davam edəcək. Aİ Rusiya ilə iqtisadi qarşılıqlı əlaqəni tamamilə rədd edərək dünya iqtisadiyyatından qopmaq istəyirsə, bu, onların öz seçimidir” sözlərini işlədib.

Maraqlıdır ki, Aİ-nin Rusiyaya qarşı sanksiyaları effektiv təsirə malik ola bilirmi?

Mövzu ilə bağlı politoloq Samir Hümbətov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Ukrayna münaqişəsi davam etdikcə Rusiyaya sanksiyaların tətbiq olunacağı gözləniləndir.

Onun sözlərinə görə, sanksiyalar paketi beynəlxalq səviyyədə olsaydı və təkcə Avropa İttifaqı ilə məhdudlaşmasaydı, bu halda Rusiyanın zəifləməsi üçün effektiv təsirə malik ola bilərdi.

Avropa İttifaqının bu vaxta kimi Rusiyaya 14 sanksiya tətbiq etdiyini xatırladan müsahibimiz qeyd edib ki, 15-ci sanksiya üzrə hazırlıq görür. Politoloqa görə. sanskiyaların tətbiqi müəyyən mənada effektiv təsirə malik ola bilər:

“Məsələn, Rusiya iqtisadiyyatını zəiflədə bilər. İqtisadiyyatın zəifləməsi dövlətin daxilən zəifləməsinə səbəb olur. Bu, qısamüddətli sanksiyalar üçün keçərlidir. Uzunmüddətli sanksiyalar tətbiq olunanda həmin dövlət yeni yollar axtarmağa başlayır və başqa dövlətlərlə münasibətlərini dərinləşdirir. Rusiya Avropa İttifaqı ilə həyata keçirəcəyi iqtisadi əməkdaşlığı Çinə, Türkiyəyə, Hindistana, Afrika ölkələrinə, Cənub Şərqi Asiya ölkələrinə yönəldir".

Samir Hümbətov: Ukrayna münaqişəsi davam etdikcə Rusiyaya sanksiyaların tətbiq olunacaq

S.Hümbətov hesab edir ki, Rusiyanın Avropa İttifaqı ilə böyük iqtisadi-ticari əlaqələri mövcud idi. Lakin hazırda bu əlaqələr aradan qaldırılıb. Ona görə də Aİ-nin sanksiyaları Rusiya iqtisadiyyatına təsirsiz ötüşmür.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Dekabr 2024 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri